Polad konstruksiyalar kitabı polad konstruksiyaların nəzəri əsaslarını praktik layihələndirmə yanaşmaları ilə bir araya gətirən əhatəli vəsaitdir. Kitabda poladın istehsalı və mexaniki xüsusiyyətlərindən başlayaraq konstruktiv elementlərin seçilməsi, hesablanması və layihələndirilməsi ardıcıl və sistemli şəkildə izah olunur. Boltlu, qaynaqlı və pərçimli birləşmələr, sütunlar, tirlər, fermalar və digər daşıyıcı elementlər AzDTN və Eurocode 3 normaları əsasında çoxsaylı hesablama nümunələri ilə şərh edilir.
Nəşrin əsas üstünlüklərindən biri mürəkkəb nəzəri məsələlərin sadə və praktik yanaşma ilə izah olunması, mühəndislik qərarlarının arxasında duran məntiqin oxucuya aydın şəkildə çatdırılmasıdır. Kitab yalnız düsturlar toplusu deyil, həm də konstruksiyanın davranışını anlamağa və əsaslandırılmış mühəndislik qərarları qəbul etməyə kömək edən etibarlı bələdçidir. Kitabda təqdim olunan düyün həlləri, konstruktiv nümunələr və bir mərtəbəli inzibati binanın tam hesablama layihəsi nəzəri biliklərin real layihələrdə tətbiqini nümayiş etdirir. Kitab polad konstruksiyalar üzrə təhsil alan tələbələr, layihəçi mühəndislər və sahə mütəxəssisləri üçün nəzərdə tutulmuşdur. Polad konstruksiyalar nəzəriyyədən praktikaya gedən yolda hər bir mühəndisin etibarlı yol yoldaşıdır.
Bu kitab oxucunu mexaniki şəkildə hesablama proqramlarının nəticələrini qəbul etməyə deyil, konstruksiyanın həqiqi işini anlamağa, əsl mühəndis kimi düşünməyə istiqamətləndirir. Hər bir mövzu Azərbaycan tikinti normaları və Avropa standartları əsasında sadə, ardıcıl və müqayisəli şəkildə izah olunur .
Lətif Zeynalov
Azərbaycan Respublikasının əməkdar mühəndisi,
texnika elmləri üzrə fəlsəfə doktoru, professor
Əminliklə söyləmək olar ki, bu nəşr uzun illər öz aktuallığını qoruyacaq, mühəndislik ictimaiyyəti tərəfindən geniş istifadə olunacaq və mütəxəssislərin stolüstü kitablarından birinə çevriləcəkdir. Kitabın sistemli quruluşu polad konstruksiyaların hesablanması və layihələndirilməsi haqqında bütöv təsəvvür formalaşdırır .
Dilqəm Mahmudov
Texnika elmləri üzrə fəlsəfə doktoru, dosent
Bu kitab təkcə tələbələrin deyil, uzun illər təcrübəsi olan mühəndislərin də stolüstü vəsaitinə çevrilməyə tam layiqdir. Tikinti sahəsində təhlükəsizliyin, iqtisadi səmərəliliyin və beynəlxalq normalara inteqrasiya baxımından bu nəşr mühüm elmi əhəmiyyət daşıyır .
Nazim Qurbanov
Azərbaycan Respublikası Hesablama Palatasının eksperti
ISBN:
9789952612493
Genre:
Müasir Azərbaycan ədəbiyyatı
Publishing house:
Kosmo Nəşriyyatı
Binding:
Yumşaq
Author:
Elcan İbrahimov
Pages::
544
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews
No one has left a review yet. Be the first!
Similar products