Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət
−5%

Polad Konstruksiyalar

Nəşriyyat: Kosmo Nəşriyyatı
Müəllif: Elcan İbrahimov
Artikul: 9789952612493
Daha az alındı 20 bir dəfə
Ölçü vahidi: ədəd
66.50 AZN
70 AZN
Qənaət 3.50 AZN
Onlayna özəl qiymət
Mövcuddur
Polad konstruksiyalar kitabı polad konstruksiyaların nəzəri əsaslarını praktik layihələndirmə yanaşmaları ilə bir araya gətirən əhatəli vəsaitdir. Kitabda poladın istehsalı və mexaniki xüsusiyyətlərindən başlayaraq konstruktiv elementlərin seçilməsi, hesablanması və layihələndirilməsi ardıcıl və sistemli şəkildə izah olunur. Boltlu, qaynaqlı və pərçimli birləşmələr, sütunlar, tirlər, fermalar və digər daşıyıcı elementlər AzDTN və Eurocode 3 normaları əsasında çoxsaylı hesablama nümunələri ilə şərh edilir. Nəşrin əsas üstünlüklərindən biri mürəkkəb nəzəri məsələlərin sadə və praktik yanaşma ilə izah olunması, mühəndislik qərarlarının arxasında duran məntiqin oxucuya aydın şəkildə çatdırılmasıdır. Kitab yalnız düsturlar toplusu deyil, həm də konstruksiyanın davranışını anlamağa və əsaslandırılmış mühəndislik qərarları qəbul etməyə kömək edən etibarlı bələdçidir. Kitabda təqdim olunan düyün həlləri, konstruktiv nümunələr və bir mərtəbəli inzibati binanın tam hesablama layihəsi nəzəri biliklərin real layihələrdə tətbiqini nümayiş etdirir. Kitab polad konstruksiyalar üzrə təhsil alan tələbələr, layihəçi mühəndislər və sahə mütəxəssisləri üçün nəzərdə tutulmuşdur. Polad konstruksiyalar nəzəriyyədən praktikaya gedən yolda hər bir mühəndisin etibarlı yol yoldaşıdır. Bu kitab oxucunu mexaniki şəkildə hesablama proqramlarının nəticələrini qəbul etməyə deyil, kon­struksiyanın həqiqi işini anlamağa, əsl mühəndis kimi düşünməyə istiqamətləndirir. Hər bir mövzu Azərbaycan tikinti normaları və Avropa standartları əsasında sadə, ardıcıl və müqayisəli şəkildə izah olunur . Lətif Zeynalov Azərbaycan Respublikasının əməkdar mühəndisi, texnika elmləri üzrə fəlsəfə doktoru, professor Əminliklə söyləmək olar ki, bu nəşr uzun illər öz aktuallığını qoruyacaq, mühəndislik ictimaiyyəti tərəfindən geniş istifadə olunacaq və mütəxəssislərin stolüstü kitablarından birinə çevriləcəkdir. Kitabın sistemli quruluşu polad konstruksiyaların hesablanması və layihələndirilməsi haqqında bütöv təsəvvür formalaşdırır . Dilqəm Mahmudov Texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Bu kitab təkcə tələbələrin deyil, uzun illər təcrübəsi olan mühəndislərin də stolüstü vəsaitinə çevrilməyə tam layiqdir. Tikinti sahəsində təhlükəsizliyin, iqtisadi səmərəliliyin və beynəlxalq normalara inteqrasiya baxımından bu nəşr mühüm elmi əhəmiyyət daşıyır . Nazim Qurbanov Azərbaycan Respublikası Hesablama Palatasının eksperti
ISBN:
9789952612493
Janr:
Müasir Azərbaycan ədəbiyyatı
Nəşriyyat:
Kosmo Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Elcan İbrahimov
Səhifə sayı:
544
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar
10.19 AZN 11.99 AZN
Qırmızı damlı malikanədə qətl
ədəd
8.49 AZN 9.99 AZN
İkinci addım. Həqiqətin beş adı
ədəd
8.49 AZN 9.99 AZN
İkinci şans
ədəd
8.49 AZN 9.99 AZN
Hardasa, olardı 13-14 yaşım
ədəd
7.65 AZN 9 AZN
Qəm Yağışı
ədəd
8.42 AZN 9.90 AZN
Uçurum
ədəd
8.50 AZN 10 AZN
Ürəklərin melodiyası
ədəd
8.50 AZN 10 AZN
Darıxmağın adı
ədəd
8.50 AZN 10 AZN
Atamın həyat yoldaşı
ədəd
4.24 AZN 4.99 AZN
Gənc şairin dilemması
ədəd
4.24 AZN 4.99 AZN
Qoşa qanad
ədəd
18.80 AZN
İran Hizbullah zindanında
ədəd
8.49 AZN 9.99 AZN
Dəyirman
ədəd
8.49 AZN 9.99 AZN
Bloqer
ədəd
8.49 AZN 9.99 AZN
Quberniya
ədəd
5.09 AZN 5.99 AZN
Pyeslər
ədəd
8.49 AZN 9.99 AZN
Qaranlığın hekayəsi
ədəd
4.25 AZN 5 AZN
İnsanın öz dünyası
ədəd
8.49 AZN 9.99 AZN
Totalitarizm və Avanqard
ədəd
4.24 AZN 4.99 AZN
Söz buketi
ədəd