Cart is empty

Səlahəddin

Publishing house: Qanun Nəşriyyatı
Author: John Man
Free delivery in Baku
ISBN: 9789952367034

Səlahəddin Əyyubi  XII əsrdə Orta Şərqdə parçalanmış müsəlman dünyasını yenidən birləşdirən, İslam aləminə böyük təhlükə yaradan Xaç yürüşlərinin qarşısını alan və 88 ildir Xristian əsarətində olan Qüds şəhərini səlibçilərdən təmizləyərək yenidən ələ keçirən tarixdəki ən böyük liderlərdən biridir. Comərdliyi, tabeçiliyində olan bütün din və millətdən olan xalqlara qarşı tolerantlığı, dostuna, düşməninə qarşı daim hörmətlə yanaşması, döyüş və zor tətbiqinə sonuncu çarə kimi yanaşması onu nəinki müsəlman-şərq dünyasında, eləcə də bütün qərb və xristianlar arasında sevimli qəhrəmanlardan birinə çevirmişdir.  
İngilis tarixçi və yazar John Man kitabda Səlahəddin Əyyubininin həyatını  uşaqlıq illərindən ölümünə qədər çox fərqli üslubda təsvir etmişdir. Müəllif Səlahəddinin hakimiyyətə necə gəldiyini, yürütdüyü siyasət ilə parçalanmış müsəlman torpaqlarını necə birləşdirdiyini və nəhayət ən böyük zəfəri Qüds şəhərini necə azad etdiyini detallı formada gözlərinizdə canlandırır.
Bu gün Yaxın, Orta Şərqdə baş verənləri daha yaxşı başa düşmək, hadisələrə tarixin daha geniş pəncərəsindən baxmaq üçün bu kitab əvəzolunmaz mənbədir. Həmçinin müsəlman dünyasının ən böyük qəhrəmanlarından olan Səlahəddin Əyyubinin həyatını  qərbli tarixçi və yazarın qələmindən oxumaq xüsusilə maraq yaradır.
 Dünyaca məşhur ingilis tarixçi və yazar John Man əvvəllər “Reuters” agentliyində jurnalist kimi fəaliyyət göstərib. 1941-ci ildə doğulmuş yazar dünyanın bir çox dillərinə tərcümə olunmuş 20-ə yaxın tarixi əsərin müəllifidir. 

Article: 9789952367034
Publishing house: Qanun Nəşriyyatı
Binding: Yumşaq
Author: John Man
Pages:: 296

comments0

comments

Similar products

Yumşaq
Taleyran
20%
14.90 AZN
11.92 AZN
Yumşaq
Vilayət Quliyev
20%
5.99 AZN
4.79 AZN
Yumşaq
Vilayət Quliyev
20%
4.99 AZN
3.99 AZN
Yumşaq
Şarl Lui Monteskyö
20%
9.40 AZN
7.52 AZN
One click buying (only for orders in Baku)