Səlahəddin Əyyubi XII əsrdə Orta Şərqdə parçalanmış müsəlman dünyasını yenidən birləşdirən, İslam aləminə böyük təhlükə yaradan Xaç yürüşlərinin qarşısını alan və 88 ildir Xristian əsarətində olan Qüds şəhərini səlibçilərdən təmizləyərək yenidən ələ keçirən tarixdəki ən böyük liderlərdən biridir. Comərdliyi, tabeçiliyində olan bütün din və millətdən olan xalqlara qarşı tolerantlığı, dostuna, düşməninə qarşı daim hörmətlə yanaşması, döyüş və zor tətbiqinə sonuncu çarə kimi yanaşması onu nəinki müsəlman-şərq dünyasında, eləcə də bütün qərb və xristianlar arasında sevimli qəhrəmanlardan birinə çevirmişdir.
İngilis tarixçi və yazar John Man kitabda Səlahəddin Əyyubininin həyatını uşaqlıq illərindən ölümünə qədər çox fərqli üslubda təsvir etmişdir. Müəllif Səlahəddinin hakimiyyətə necə gəldiyini, yürütdüyü siyasət ilə parçalanmış müsəlman torpaqlarını necə birləşdirdiyini və nəhayət ən böyük zəfəri Qüds şəhərini necə azad etdiyini detallı formada gözlərinizdə canlandırır.
Bu gün Yaxın, Orta Şərqdə baş verənləri daha yaxşı başa düşmək, hadisələrə tarixin daha geniş pəncərəsindən baxmaq üçün bu kitab əvəzolunmaz mənbədir. Həmçinin müsəlman dünyasının ən böyük qəhrəmanlarından olan Səlahəddin Əyyubinin həyatını qərbli tarixçi və yazarın qələmindən oxumaq xüsusilə maraq yaradır.
Dünyaca məşhur ingilis tarixçi və yazar John Man əvvəllər “Reuters” agentliyində jurnalist kimi fəaliyyət göstərib. 1941-ci ildə doğulmuş yazar dünyanın bir çox dillərinə tərcümə olunmuş 20-ə yaxın tarixi əsərin müəllifidir.
ISBN:
9789952367034
Janr:
Bioqrafiya
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
John Man
Səhifə sayı:
296
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 1
Bu tarixi əsər mənə tarixi hadisələrə daha dərin bir nəzərdən baxmağa səyləməyə sərf etdi. Müəllifin təsvirləri çox gözəl idi
Bənzər məhsullar
Bununla birlikdə alırlar