Sağalıram, çünki hər şeyi daşımaq məcburiyyətində olmadığımı anlayıram. Yorulanda dayana bilməyi öyrənirəm. Hər kəsin yükü öz çiyninə uyğundur. Mənim yüküm də illərlə görmədiyim, amma daşıdığım ağrılardan ibarət idi. İndi onları bir-bir yerə qoyuram. Qaçmadan, utanmadan, özümü günahlandırmadan... Özümə qarşı daha yumşağam. Keçmişdə etdiyim seçimlərə nifrətlə deyil, anlayışla baxmağa çalışıram. Özümü bağışlayıram. Gələcəyi düşünmək artıq məni qorxutmur. Çünki bilirəm, bu dəfə öz tərəfimdəyəm... Bəzən ümid qığılcımlarını bir an itirirəm, ancaq bu dəfə onları tezcə tutub yerinə qaytarıram. Axı indi mən tək deyiləm. Sevgi ilə birlikdəyəm. Sağalmaq üçün başqa nə lazımdır?
ISBN:
9789952599602
Genre:
Roman
Publishing house:
Teas Press Nəşriyyatı
Binding:
Yumşaq
Author:
Aysel Şıxlı
Pages::
292
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews
No one has left a review yet. Be the first!
Similar products