Müəllifin “siyasi fantastika” adlandırdığı romanındakı hadisələr 2022-ci ildə Fransada xristian sivilizasiyasının məhv olma səbəblərindən bəhs edir. Baş qəhrəman Sorbonna Universitetində işləyən Fransua adlı 44 yaşlı ədəbiyyat müəllimidir. O, dərin ruh düşkünlüyü içindədir. Ailəsi yoxdur, sevdiyi yoxdur, sadəcə, tələbələri ilə qısamüddətli
münasibətlər yaşayır. Nisbətən daha yaxın münasibətdə olan tələbəsi Miriam ondan ayrılaraq İsrailə köçür. Bu zaman Fransanın siyasi həyatında da əhəmiyyətli dəyişikliklər baş verir. Seçkilərdə “Müsəlman qardaşlığı” partiyasının namizədi Məhəmməd Ben Abbesin qələbə qazanması ilə Fransada yeni bir era başlayır: qadınlar çarşaba bürünür, çoxarvadlılıq qanuni hesab olunur, universitetlərdə isə yalnız islamı qəbul edən müəllimlər işləmək hüququ əldə edir. Romanın mərkəzində metaforik şəkildə kişiyə itaət edən qadının timsalında Avropanın islama təslim olması ideyası durur.
Genre:
Fantastika
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Paperback
Author:
Mişel Uelbek
Pages::
280
language:
Azerbaijani
Метка:
SOON!
Product reviews
No one has left a review yet. Be the first!
Similar products