20-ci əsr Avropa ədəbiyyatında silinməz iz qoymuş Tomas Mannın “Venesiyada ölüm” povesti 1912-ci ildə işıq üzü görüb. Əsər iki real hadisənin – məşhur Avstriya bəstəkarı Qustav Malerin ölümü və özünün Venesiya səfəri zamanı təsadüfən rastlaşdığı polşalı bir yeniyetmə ilə tanışlığı əsasında qələmə alınıb və nəticədə əlli yaşlı yazıçı Qustav fon Aşenbaxla yeniyetmə Tadzionun qəribə məhəbbətinin tarixçəsi yaranıb.
İlk günlər Aşenbax Tadzionu seyr etməkdən sadəcə ləzzət alır. Bu gənc onu gələcək əsərinin mümkün qəhrəmanı kimi cəlb edir. Lakin az sonra oğlan onun gözündə sənətin, həyatın və gözəlliyin simvoluna çevrilir. Ahıl yazıçı oğlana dəlicəsinə vurulur, gözəl oğlanla sevgi macərası yaşamaq istəyir…
Tadzio ilə Aşenbax arasındakı kəskin təzad gəncliklə qocalıq, zahiri gözəlliklə daxili gözəllik, həyatla ölüm arasındakı ziddiyyəti simvolizə edir. Əsər yazıçının ölümü, oğlanın isə dəniz kimi təlatümlü həyata qədəm basması ilə bitir.
ISBN:
9789952381061
Genre:
Klassika
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Paperback
Author:
Tomas Mann
Pages::
128
language:
Azerbaijani
Series:
Mini Klassika
Метка:
Ekspress
Product reviews 1
Venesiyanın atmosferi məni nəndən aldı. Kitabda çox-çox maraqlıdır Tomas Mann insanın özünün həssas tərəfləri ilə mübarizəsini çox ustalıqla işıqlandırır.
Similar products
Frequently bought together