Search
Contacts
We deliver 7 days a week, from 9:00 AM to 8:00 PM.
Profile
Profile
Favorites
Favorites
Cart
Cart

İngilisdilli Kitab Klubunda “Lessons in Chemistry” əsəri müzakirə olundu!

İyulun 20-də saat 13:00-da “Əli və Nino”nun İngilisdilli Kitab Klubunun növbəti görüşü keçirildi. Aylıq mütaliə ənənəsini davam etdirən bu görüşdə iştirakçılar müasir dövrün sevilən əsərlərindən biri – Bonnie Garmusun “Lessons in Chemistry” romanı haqqında fikir mübadiləsi apardılar.

Əsər 1960-cı illərin ABŞ-ında cəmiyyətin qadınlara qarşı stereotiplərinə meydan oxuyan güclü və ağıllı bir qadın kimyaçı – Elizabet Zottun hekayəsini izah edir. Klub üzvləri kitabın feminizm mövzusuna toxunuşunu, yumorlu dili və güclü xarakterlərini təhlil edərək əsərin hər bir oxucuda fərqli təəssüratlar yaratdığını vurğuladılar.

Səmimi və dinamik atmosferdə keçən görüş həm mütaliə həvəskarları, həm də yeni iştirakçılar üçün dəyərli müzakirə platforması oldu. Klub üzvləri növbəti görüş üçün yeni əsəri də müəyyənləşdirərək, avqust ayını səbirsizliklə gözlədiklərini qeyd etdilər.

 

Other publications