4 yanvar tarixində “Əli və Nino” kitab mağazasında Crescent Mall “Həftəsonu tədbirləri” çərçivəsində bir-birindən maraqlı masterclasslar keçirilib. Gün ərzində iştirakçılar stakan boyama, ətir hazırlama, şam düzəltmə, bilərzik hazırlama və gips fiqurlarının boyanması kimi kreativ fəaliyyətlərdə iştirak ediblər.
Tədbirlər həm uşaqların, həm də böyüklərin yaradıcılığını inkişaf etdirmək, həftəsonunu daha rəngarəng və faydalı keçirmək məqsədi daşıyıb. İştirakçılar öz əl işlərini yaradaraq həm əyləniblər, həm də unudulmaz xatirələrlə ayrılıblar.






