DonnaNaiba
Adım Naibədir. DonnaNaiba brendinin yaradıcısıyam. Mən bu brendi illərin təcrübəsi və öz yolumu seçmək cəsarəti ilə yaratmışam. Uzun müddət başqaları üçün çalışdıqdan sonra anladım ki, yaradıcılığımdan istifadə edirlər. Çətin olsa da, bu yol məni öz brendimi yaratmağa gətirdi. Bu brend mənim zəhmətimin, zövqümün və yuxusuz gecələrimin nəticəsidir. Özümə inanaraq risk aldım. Buradakı hər məhsul azadlığın, səbrin, özünə və müştəriyə hörmətin simvoludur. Hər detalına nəzarət etdiyim bu brenddə məqsədim insanlara zövqlü, rahat və etibarlı məhsullar təqdim etməkdir.