Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

Lego konstruktorlar

YAŞA GÖRƏ SEÇİM EDİN

   

     

247.92 AZN 309.90 AZN
Lego konstruktor Fire Station & Helicopter
ədəd
22.08 AZN 27.60 AZN
Lego konstruktor Police Motorcycle
ədəd
22 AZN 27.50 AZN
Lego konstruktor White Baseplate
ədəd
34.24 AZN 42.80 AZN
Lego konstruktor LEGO® DUPLO®#Green Building Plate
ədəd
189.60 AZN 237 AZN
Lego konstruktor 41702 Canal Houseboat
ədəd
221.60 AZN 277 AZN
Lego konstruktor 71765 Ninja Ultra Combo Mech
ədəd
70.56 AZN 88.20 AZN
Lego konstruktor 71763 Lloyd#s Race Car EVO
ədəd
286.80 AZN 358.50 AZN
Lego konstruktor 60330 Hospital
ədəd
46.32 AZN 57.90 AZN
Lego konstruktor 60325 Cement Mixer Truck
ədəd
197.52 AZN 246.90 AZN
Lego konstruktor 60321 Fire Brigade
ədəd
261.60 AZN 327 AZN
Lego konstruktor 60317 Police Chase at the Bank
ədəd
129.12 AZN 161.40 AZN
Lego konstruktor 60315 Police Mobile Command Truck
ədəd
110.07 AZN 122.30 AZN
Lego konstruktor 21181 The Rabbit Ranch
ədəd
101.60 AZN 127 AZN
Lego konstruktor 60324 Mobile Crane
ədəd
145.68 AZN 182.10 AZN
Lego konstruktor 42137 Formula E® Porsche 99X Electric
ədəd
70.56 AZN 88.20 AZN
Lego konstruktor 41707 Tree-Planting Vehicle
ədəd
55.12 AZN 68.90 AZN
Lego konstruktor 10782 Hulk vs. Rhino Truck Showdown
ədəd
366.24 AZN 457.80 AZN
Lego konstruktor Technic Dom's Dodge Charger
ədəd
397.60 AZN 497 AZN
Lego konstruktor Ninjago Hydro Bounty
ədəd
145.68 AZN 182.10 AZN
Lego konstruktor Creator Surfer Beach House
ədəd
161.84 AZN 202.30 AZN
Lego konstruktor City Stunt Show Truck
ədəd
149.60 AZN 187 AZN
Lego konstruktor Disney Mickey & Friends Fire Truck & Station
ədəd
277.60 AZN 347 AZN
Lego Friends Heartlake City Grand Hotel
ədəd
133.60 AZN 167 AZN
Lego Classic Around the World
ədəd
515.97 AZN 573.30 AZN
Lego Harry Potter Hogwarts Chamber of Secrets
ədəd
290.43 AZN 322.70 AZN
Lego Harry Potter Hogsmeade Village Visit
ədəd
286.80 AZN 358.50 AZN
Lego Creator Medieval Castle
ədəd
207.90 AZN 297 AZN
Lego City Wildlife Rescue Operation
ədəd
95.25 AZN 127 AZN
Lego City Wildlife Rescue Off-Roader
ədəd
229.60 AZN 287 AZN
Lego Disney Belle and the Beast's Castle
ədəd
265.04 AZN 331.30 AZN
Lego Friends Magical Funfair Roller Coaster
ədəd
50.72 AZN 63.40 AZN
Lego Duplo Animal Train
ədəd
68.40 AZN 85.50 AZN
Lego Duplo Family Camping Van Adventure
ədəd
141.60 AZN 177 AZN
Lego konstruktor Classic Bricks and Wheels
ədəd
162.26 AZN 231.80 AZN
Lego konstruktor Ninjago Zane's Titan Mech Battle
ədəd
317.60 AZN 397 AZN
Lego konstruktor City Town Center
ədəd
46.32 AZN 57.90 AZN
Lego konstruktor City Holiday Camper Van
ədəd
141.60 AZN 177 AZN
Lego konstruktor City Police Patrol Boat
ədəd
146.40 AZN 183 AZN
Lego konstruktor Disney Rapunzel's Tower
ədəd
237.60 AZN 297 AZN
Lego konstruktor Disney Raya and the Heart Palace
ədəd
12345...14
Страница:

LEGO 1940-cı illərin sonundan Danimarkada istehsal olunan konstruktor oyuncağıdır. 

Əvvəlcə taxta hissələrdən hazırlanan legolar indi plastik hissələrdən hazırlanır.

Lego bir-birinə bağlı, müxtəlif rəngli parçaların hər birinin adıdır.

Bu rəngli və yığıla bilən parçalar daha böyük strukturlar yaratmaq üçün istifadə olunur.

Azərbaycanda Lego-nun rəsmi distributoru "Əli və Nino" mağazalar şəbəkəsidir. 

 

Lego konstruktorlar hansı yaş qrupuna uyğundur?

Leqo ilk dövrlərində 7-16 yaş aralığını hədəf alırdısa, bu gün Lego Duplo artıq 0-5 yaş arası uşaqları da əhatə edir.

Müasir texnologiya sayəsində rəqəmsal dizayn üsulu ilə istehsal edilən legolar üçün heç bir yaş məhdudiyyətinin olmadığını deyə bilərik.

Lego uşaqlarımıza müstəqil parçalar təklif edir və onları yaradıcılıqları ilə baş-başa buraxır.

Uşaqlar lego parçaları vasitəsilə təxəyyüllərini üzə çıxarmaq üçün sərhədsiz imkanlar əldə edirlər.  

Lego konstruksiya oyuncağı olduğu üçün uşaqların ölçü və məkan qavrayışını da inkişaf etdirir.

Leqo ilə oynayan uşaq tikdiyi evin və ya avtomobilin tarazlığını, hissələrin harmoniyasını və ölçülərini yoxlayır.

Uşaq parçalar arasında tarazlığı tapa bilmədikdə, problemi kəşf edib düzəldir və tarazlığa nəzarəti təmin edirlər.

Bu proseslərlə uşağın təhlil qabiliyyəti də inkişaf edir. 0-3 yaş qrupunu nəzərə alsaq, parçaları bir araya gətirmək vəzifəsi əl-əzələ-göz koordinasiyası üçün əhəmiyyətli bir fərq yaradır. Kiçik hissələrlə hərəkət edən uşaqların incə motor bacarıqları da inkişaf edir. Bu yaş qrupunda rəngli lego parçaları var. Onlar həm də uşaqların rəngləri tanıması, fərqləndirməsi və adlandırması üçün mühüm vasitədir. Leqolar bütün yaş qruplarına müraciət etdiyi üçün ailələrin uşaqları ilə səmərəli vaxt keçirmələri üçün də bir vasitədir. Bu, uşaq-valideyn münasibətlərində etibarlı bağlılığın bir hissəsini təşkil edə bilər. Bütün bu müsbət təsirlərə görə lego illərdir oyuncaq sənayesinin vazkeçilməzlərindən biri olmuşdur. Lego konstruktorlarının diqqətəlayiq cəhətlərindən biri də odur ki, bu parçalar vasitəsilə siz hətta öz təxəyyülünüzə əsaslanan yeni, tamamilə fərqli modellər də yarada bilərsiniz. Dünyada bu addımı atmış xeyli insan vardır.   

 

 Leqo haqqında bilmədiklərimiz;

1. Leqonun adı Danimarka Leg Godt sözlərindən gəlir. Azərbaycanca mənası yaxşı oyunlar deməkdir.

2. İlk lego oyuncağı taxta ördək kimi hazırlanmışdır.

3. Ən böyük və ən müxtəlif lego bazarına malik ölkə Almaniyadır.

4. 1950-ci illərdə istehsal edilən lego parçası bugünkü legolarla uyğun gəlir.

5. Lego tərəfindən istehsal olunan fiqurlarda kiçik bir dəlik var və bu, ehtiyatsızlıqdan fiquru udan uşağın nəfəs alması üçün nəzərdə tutulub.

6. 2000-ci ildə Lego əsrin oyuncağı seçildi.  

Leqo konstruktorlar hissə sayları və çətinlik səviyyələri baxımından müxtəlif yaş qruplarına ayrılır.

Hər bir seriyanın fərqli adı vardır. Hər bir leqo konstruktorunun fərdi model kodu var. Leqolar məhz model kodları ilə seçilir. Qutunun üzərində leqonun yaş həddi, model kodu və içindəki hissə sayı qeyd olunur.  

 

Leqonun hansı növləri var?

1)  Lego Duplo - ən balacalar üçün nəzərdə tutulmuşdur. Yaş həddi 0-5 yaş. Detallar iri və parlaq rənglərdə olur.

 

 

 

2)  Lego Classic – 4 yaşdan 99 yaşa qədər həm uşaqlara, həm də böyüklərə müxtəlif strukturlar qurmağa imkan verir. Hissə sayları 55-dən 1500-dək ola bilir.

 

3) Lego City - əsas mövzusu şəhərlərdir. Yaş həddi 5+ yaş. Lego City seriyasına qatar, təyyarə, gəmi, yanğınsöndürən, polis, sahil mühafizəsi, tikinti, ferma kimi bir çox mövzular daxildir.

 

4) Lego Technic - əsasən nəqliyyat və tikinti avadanlıqlarından ibarət seriyadır. Yaş həddi 5 – 12+ yaş. Bu seriya buldozer, kran, yük maşını, traktor, motosiklet və s. bir çox texnikanı əhatə edir. Bəzi modellərdə motor var, beləliklə hissələri motorla hərəkət etdirmək olar.

 

 

5)  Lego Creator – müxtəlif abidələr, külək dəyirmanı, müxtəlif heyvanlar, gəmi və s. kimi fərqli fiqurları özündə birləşdirən seriyadır. Yaş həddi 6+ yaş. 

 

 

6) Lego Minecraft – məşhur oyun Minecraftın konstruktor formasıdır. Oyundakı bütün personajlar və macəralar bu seriyada yer alır. Yaş həddi 6+ yaş.

 

 

7) Lego Disney– uşaqların nağıl qəhramanlarından ibarət seriyadır. Yaş həddi 4+ yaş

 

 

 

8) Lego Friends - Şirkətin çoxdan istifadəyə verdiyi və  4-12 yaş arası uşaqlara uyğun fərqli mövzu konseptidir. Bu seriyada dostların müxtəlif macəraları yer alır.

 

 

9) Lego Ninjago – məşhur oyun seriyasının əsasında yaradılmışdır. Personaj və macəralar oyundakı ilə eynidir. Yaş həddi 4-14 yaş.

 

 

 

10) Lego Harry Potter – Məşhur film və kitab olan Harri Potter seriyası və onun macəralarına əsasın yaradılmışdır. Personaj və macəralar kitabdakı ilə eynidir. Yaş həddi 7-99 yaş.

 

Bu seriyalar Legonun bütün seriyaları deyil. Bunlardan əlavə Leqo konstruktorların məşhur seriyalarından Lego Star Wars, Lego Speed, Lego Marvel, Super Mario, Betmen və s. kimi növləri də vardır.

 

 

Hazırladı: Lalə Rəhmanova