www.alinino.az internet mağazasına xoş gəlmisiniz!
Sifarişləri Bakıya, regionlara və dünya ölkələrinə çatdırırıq!
Sifarişləri Bakıya, Azərbaycanın bölgələrinə və bütün dünya ölkələrinə çatdırırıq!
Bakı üzrə 30 manatdan yuxarı sifarişlərdə çatdırılma pulsuzdur.
.
Cek Londonun “Ağdiş” romanı, şübhəsiz, dünya klassikasının nadir incilərindən sayılır. Yazıçının həyat təcrübəsinin, sərrast müşahidələrinin məhsulu olan əsərin eyniadlı qəhrəmanı sərt iqlim şəraitində dünyaya göz açan, insanın əsarəti altında yaşamaq uğrunda dişi ilə, dırnağı ilə mücadilə aparan yarıqurd-yarıköpəkdir.
Ağdişin insanla məşum tanışlığı onun balaca, ağ dişlərinin isti qana hələ yenicə dəydiyi vaxtlara təsadüf edir. O, insanın qüdrəti qarşısında ona baş əyməli, tam itaət göstərməli olur. Bir müddət sonra baş götürüb vəhşi təbiətə qaçsa da, aclıq onu yenidən insanlara sığınmağa vadar edir.
Lakin yazıçı bəşərin nəcibliyinə inanır. Ağdiş yenidən əhliləşdirilir: bu dəfə insanın yumruq, qırmanc zərbələri ilə deyil, səbri və sevgisi ilə. Ağdiş borclu qalmağı sevmir: o, ağasını qorumaq üçün ölüm-dirim mübarizəsinə atılır.
Yanaşı məhsullar
Oxşar məhsullar
Kateqoriyadan məhsullar
şərhlər2