“Ovod” yüz ildir böyük maraqla qarşılanır və oxuculara
güclü emosional təsir göstərir.
Ötən əsrin 30-cu illərində
italyanlar işğalçı Avstriya imperiyasına
qarşı üsyana qalxırlar. Üsyanın iştirakçılarından
biri Artur Bertondur.
“Ovod” təxəllüsü ilə kəskin
yazılar yazan
bu idealist gənc öz xalqının azadlığı uğrunda canından
keçməyə hazır olan inqilabçıya çevrilir. Yorulmadan, usanmadan
düşmənlə mübarizə aparır. Hətta haqqında çıxarılan
ölüm hökmünün dəyişdirilməsi təklifi də onu tutduğu
yoldan döndərə bilmir. Bu mübariz gəncin qəlbində həm
də şəxsi faciələrin açdığı yaralar var: doğmaların onu intihara
sürükləyən yalanı və bütün həyatını qaraldan cavabsız
sevgisi...