Böyük qırğız yazıçısı Çingiz Aytmatovun dilimizə ilk dəfə çevrilən son “Dağlar yıxılanda (Əbədi gəlin)” romanında hadisələr Tyan-Şan dağlarında baş verir, əzab çəkən iki məxluqun – insanın və bəbirin – yolu orada kəsişir. Hər ikisi də zamanın, şəraitin, öz talelərinin qurbanıdır. Əsərin qəhrəmanı ərəb neft maqnatlarının bəbir ovladıqları yerlərə son sevgisini, bəlkə də ölümünü qarşılamaq üçün gəlir. Qarlı dağ keçidində möcüzəli şəkildə gözləri qarşısında canlanan Əbədi gəlin barədə əfsanə isə tamamilə bu dramatik hekayətin toxumasına hopub.
Kitaba ədibin ilk, sonralar üzərində işlədiyi “Üz-üzə” povesti, “Baxiana” və başqa hekayələri də daxil edilib. Hər bir əsərində oxucu bənzərsiz yazıçının böyük ustalığını və səmimiyyətini duyur.
Çox razı qaldım. Sifariş etdiyim kitabım çox qısa zamanda gəldi və gözlədiyimdən də yaxşı idi. Təşəkkürlər!
Ceyran Nəzərli
Sevərək, hiss edərək oxudum.
Fərqanə
👍👍👍👍📖📖📖📖📖❤️❤️❤️❤️
Ömər
Çingiz Aytmatovun qələmini çox bəyənirəm. Onun əsərləri ayrı bir sehrli dünyadır.
Ömər
Çingiz Aytmatovun qələmini çox bəyənirəm. Onun əsərləri ayrı bir sehrli dünyadır.
Ömər
Çingiz Aytmatovun qələmini çox bəyənirəm. Onun əsərləri ayrı bir sehrli dünyadır.
Arifə Arifova
Kitab üçün minnəttaram Qanun nəşriyyatı!
Aydın
Nəfəsimi dərmədən oxudum. Mükəmməl əsərdir..
Aygün
Oxunması gərək olan əsərlərdən biridir 😍.
Kamran
Çingiz Aytmatov əsərlərində milli və ümumbəşəriliyi birləşdirərək, öz milli sivilizasiyasının zənginliyini oxuculara təqdim edir.
Kərim
Unudulmaz əsərdir.
Kama
Oxuduğum zaman çox duyğulandığım əsərlərdən biridir 😍👍
Fərqanə
Mükəmməl bir əsərdir ❤️
Nilay
Klassikləri oxumaq mənə xüsusi zövq verir. Oxuduqca oxumaq istəyirəm.
Qənirə
Çingiz Aytmatov mənim sevimli yazarım, əsərlərini çox bəyənirəm.
Minayə
Yazıçının Qırğızıstanda sovet dövründə baş verən sosial dəyişiklikləri ustalıqla təsvir etdiyi bir əsərdir. Təbiətin və insanın kövrəkliyini, həm də personajların dərin hisslərini, daxili konfliktlərini ifadə edir, müəyyən mənada əks etdirir. Mükəmməl əsərdir.
Milana
Yazıçı romanda Orta Asiyanın mədəni zənginliyini və sosial dinamikasını ustalıqla təsvir edir. Aytmatov obrazlar vasitəsilə sosial normaları, adət-ənənələri, insan münasibətlərini dərindən araşdırır. Mükəmməl bir əsərdir.
Fidan
Əsər Çingiz Aytmatovun ən təsirli əsərlərindən biridir.Kitabda Aytmatov təbiətlə insan arasındakı dərin bağı və ənənəvi dəyərlərin əhəmiyyətini vurğulayır.Roman yaşanan insan faciələrini qələmə alaraq oxucuya güclü intellektual təcrübə təqdim edir. Aytmatovun özünəməxsus hekayə tərzi var, oxucunu həm emosional, həm də intellektual səyahətə aparır.
Türkan
Onun əsərləri əsasən insana və təbiətə həsr edilmişdir. İnsanların təbiət ilə vəhdəti və onunla dialoqu əsas mövzularıdır.
Vahid Bayramov
Aytmatovun əsərləri bütün dünyada oxunur və hörmətlə qarşılanır. Onun bəzi əsərləri müxtəlif dillərə tərcümə edilmiş və beynəlxalq oxucu auditoriyasının böyük marağına səbəb olmuşdur. Ədəbiyyat üzrə Nobel mükafatına namizəd olub və yazıçılar arasında böyük hörmətə malikdir.
Asudə
Çingiz Aytmatov yaradıcılığından növbəti incidir bu kitab. Sevə-sevə oxudum.
Ulduz
20% endirimlə aldım çox məmnun qaldım. Bütün komandanıza təşəkkür edirəm, hər biri çox diqqətcildir.
Nuriyyə
Çingiz Aytmatovun bütün əsərlərini sevərək oxumuşam. İndi isə sevdiyim hekayələrin bir kitabda cəmlənməsi daha çox sevindirdi məni. Yenidən bu möhtəşəm əsərləri oxuyuram. Kitabın tərbitabını və keyfiyyətli çapını da bəyəndim.
Rafael
Çingiz bəyin izdırabı anladan möhtəşəm əsəridir, əsərdə hadisələr insanın daxili aləminə keçidi anladır, əbədi gəlin əfsanəsi ilə bağlı olmasıda marağını artırır