"Susa bilmirəm" kitabında Lev Tolstoyun yaşadığı zamanda çapına icazə verilməyən, senzuradan kənarda qalan məqalə və məktubları toplanmışdır.
Tolstoy həyatının son illərində din, fəlsəfə, ictimai-siyasi problemləri hədəf alan çoxlu əsərlər yazmışdır.
Onu tanıyanlar qeyd edirlər ki, L.Tolstoy bu əsərlərini bütün yaradıcılığında, hətta "Hərb və Sülh" əsərindən belə dəyərli hesab edib. Elə məhz bu əsərlərinə görə Tolstoy həm kilsə tərəfindən, həm də dövlət tərəfindən təqiblərə məruz qalmış, hətta rus kilsəsi Tolstoyu pravoslav-xristian məzhəbindən çıxardığını elan etmişdir. Lakin heç nə Tolstoyu öz yolundan saxlaya bilməmişdi. O, imkan yarandıqca qadağan olunan bu yazılarını Avropada müxtəlif qəzet və jurnallarda çap etdirmişdir.