www.alinino.az internet mağazasına xoş gəlmisiniz!
Sifarişləri Bakıya, regionlara və dünya ölkələrinə çatdırırıq!
Sifarişləri Bakıya, Azərbaycanın bölgələrinə və bütün dünya ölkələrinə çatdırırıq!
Bakı üzrə 30 manatdan yuxarı sifarişlərdə çatdırılma pulsuzdur.
.
İngilis yazıçısı Somerset Moem “İnsan ehtiraslarının yükü” romanını
1915-ci ildə yazıb. Azərbaycan oxucusu romanı təxminən 100 ildən sonra
oxuya bilir. Romanda Filip Keri adlı uşağın dörd yaşından otuz yaşına
qədər olan həyatı təsvir olunur. Roman XX əsr ingilisdilli ədəbiyyatın
100 ən yaxşı əsəri arasında 66-cı yerdə durur və Moemin şah əsəri hesab
edilir. Belə bir əsər dilimizə niyə bu qədər gec tərcümə olunub? Bu, əlbəttə,
yaxşı fakt deyil.
Moem hisslər mühəndisidir, insan hisslərini cərrah kimi ustalıqla və
amansızcasına təşrih edir. Moem çox amansız yazıçıdır, yaza-yaza obrazlarına
ironiya eləyir, həyata, varlığa, dünyaya rişxənd eləyir, klassik ingilis
yazıçılarına “ilişir”, çox yerdə sado-mazoxistcəsinə özünə də kinayə eləyir.
Təbəssümündə acı gülüş var – sarkazm! Belə bir fikir var ki, roman avtobioqrafik
əsərdir, çünki romanda avtobioqrafik detallar çoxdur. Görünür,
özü də dəhşətli adam olub. 90 il yaşayan yazıçı həyatın hər üzünü görüb.
Bəziləri romanı “Hisslərin əsarəti” (altında) adlandırıb.
Deyilənə görə, yazıçı əvvəlcə romanı “Küldən törəyən gözəllik” adlandırıb,
sonrakı adını Spinozanın “Etika” kitabından götürüb – “Hisslərin
gücü”. Biz əsərin adında “ehtiras” sözünü saxladıq, çünki həyat, yaşamaq
bir ehtirasdır, insanın istəyi, məqsədi, niyyəti və cəhdləri ehtirasdır.
Yanaşı məhsullar
Oxşar məhsullar
Kateqoriyadan məhsullar
şərhlər22