Bu ictimai-siyasi roman Balaş adlı adi bir şəxsin həyatından bəhs edir. O, Təbriz bazarında satıcı işləsə də gözəl səsə malik olduğu üçün ilk öncə Azərbaycan Demokrat Firqəsinin radiosunda diktor, daha sonra firqənin “Azərbaycan” qəzetində müxbir kimi çalışır. İran mərkəzi hökumətinin qoşunları Azərbaycan əyalətinə daxil olduqdan və ADF rəhbərləri ölkəni tərk etdikdən sonra Balaşın acı və çətin günləri başlayır. O, həyat yoldaşını itirdikdən sonra tək övladı ilə keçmiş Sovetlər Birliyinin sərhədlərinə qədər gəlsə də, ölkəni tərk etmək fikirindən daşınır və qayıdarkən başına faciələr gəlir... Romanda körpə yaşlarında ikən atası qətlə yetmiş Bulud adlı bir yeniyetmədən də paralel olaraq bəhs edilir...
ISBN:
9789952368246
Janr:
Roman
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Məhəmmədrza Bayrami
Səhifə sayı:
384
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 2
Tarixi kitablara marağım çoxdur və bu kitab gözləntilərimi tam qarşıladı. Həqiqətən oxumağa dəyər.
Bu romanı oxumaq mənim üçün adi bir kitab oxumaqdan fərqlidir. Tarixi detallar və təsvirlər o qədər gözəl işlənmişdir ki, sanki zamanın içində səyahət edirsiniz.
Bənzər məhsullar
Bununla birlikdə alırlar