“Quqark” romanı həyat hadisələri ilə zəngindir. Baxmayaraq ki, əsərin qəhrəmanı müəllif özüdür, oxucu romanın bir çox hissələrini oxuduğu zaman müəllifi unutmağa məcbur olur. Romanda epizodik hadisələr, obrazlar, həddindən artıq çoxdur və əsərdə konkret süjet xətti yoxdur. Bir neçə süjet xətti (Sovet İttifaqı dağıldıqdan sonra Qafqazda baş verən ictimai-siyasi hadisələr, müharibə, üçüncü ölkədə yaşayan yazıçının həyatı...) əsərdə bir-birinə qarışır. Ancaq bu dolaşıq hadisələr axınında müəllif vəziyyətdən çıxa bilir. Obrazların hissləri, hadisələrə yanaşmaları, problemləri əsər boyu çox az gözə çarpsa da, dövrün intellegentindən ən axmaq adamına kimi danışdığı bu əsərdə hər kəs haqda müəyyən təsəvvür yaranır.
ISBN:
2001283404637
Janr:
Roman
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Seymur Baycan
Səhifə sayı:
440
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 4
Həmişə klassik əsərlərdən zövq almışam nədənsə müasir kitablara bir az ehtiyatla yanaşırdım. Bu dəfə özümü sınamaq və fərqli bir janrda kitab oxumaq qərarına gəldim. Təsadüfi şəkildə bu kitabı seçdim və oxumağa başladım. Kitabın içində elə maraqlı bir dünya vardı ki, səhifələri çevirdikcə özümü hekayənin bir parçası kimi hiss etdim. İndi anlayıram ki, müasir ədəbiyyat da mənim oxu siyahımda yer almalıdır. Bir sözlə möhtəşəm!
Əli və Nino-da kitab alış-verişi həmişə rahat və keyfiyyətli olur. Aldığım kitabın məzmunu və keyfiyyəti məni tam razı saldı.
Kitabları online sifariş etmək çox rahat idi və sifarişim çox qısa müddətdə çatdırıldı.
Gözlədiyimdən də çox bəyəndim. Maraqlıdir.
Bənzər məhsullar
Bununla birlikdə alırlar