Böyük fransız filosofu və yazıçısı, ədəbiyyat üzrə 1964-cü ildə Nobel mükafatına layiq görülmüş, lakin həmin mükafatdan imtina etmiş Jan-Pol Sartrın kiçik nəsri XX əsr dünya ədəbiyyatının incilərindən sayılır.
J.P.Sartrın klassikaya çevrilən “Sahibin uşaqlığı” əsəri yeniyetmələrin qarşılaşdıqları ilk həyat təcrübələri, aldıqları ilk mənəvi zərbələr, bununla belə dünyanı və cəmiyyəti dəyişməyə can atmaları haqqındadır.