Azərbaycan ədəbiyyatının nəğməkar şairi Cabir Novruzun bir çox şeirinə musiqi bəstələnmiş, dillər əzbəri olmuşdur.
Unudulmaz şair, gözəl insan Cabir Novruzun bu kitabına onun müxtəlif illərdə qələmə aldığı seçmə şeirləri daxil edilib.
“Qanun” nəşriyyatının yeni layihəsi “Azərbaycan poeziyası seçmə şeirlər” adlanır. Sizə təqdim etdiyimiz növbəti kitabı tərtib edərkən oxucularımızın poetik ruhunu nəzərə almış, Cabir Novruz yaradıcılığının incilərini bir kitabda onlara təqdim etməyə çalışmışmışıq. Kitab şairin qohumu Günay Novruzun təqdim etdiyi şeirlər arasından seçilərək tərtib olunub.
Şeirlərin hər biri möhtəşəmdir. Oxumaqdan böyük zövq aldım.
Sona
Şeirlərin hər bir misrası dərin məna daşıyır. Oxumağa doymadım.
Səba
Kitabı poeziyanı, şeir oxumağı sevən rəfiqəmə hədiyyə etdim, çox xoşuna gəldi.
Zəminə Əhmədqızı
Şeir kitabı mənə həqiqətən də təsir etdi. Şeirlərin mənası məni çox düşündürdü və həqiqətən də hisslərlə dolu bir təcrübə oldu.
Çinarə
Necə də gözəl şeirlərmiş.. Bu şeirləri oxuduqca təkrar təkrar oxumaq istəyirəm.
İradə
Dahi şairimizin sevimli şeirləri, mükəmməldir.
Sevda
Mükəmməl şeirlərdir.
Sevda
Cabir Novruz, mənim sevimli şairim.. Əsərlərini oxumaqdan doymuram
Aynurə
Bu kitabı görən kimi rəfiqəm yadıma düşdü, çünki, o , Cabir Novruzun şeirlərinin aşiqidir. Rəfiqəm kitabı çox bəyəndi. Onu da deyim ki, kitabın tərtibatı, dizaynı çox yaxşıdır. Təşəkkür edirəm sizə.
Altay
Cabir Novruzun şeirlərindən ibarət kitabı görəndə çox sevindim. Bu şeirlər insanın ruhunu oxşayır.
Gülnarə
Cabir Novruzun bütün şeirlərini çox sevirəm. ❤️😍
Günay
Qəlbə yaxın, nəğmə dolu şeirlərdir hamısı 👍👍👍❤️❤️❤️
Aygün
Cabir Novruzun şeirlərində təbiət və məhəbbət mühüm mövzulardır. Təbiətin gözəlliklərindən, fəsillərin dəyişməsindən, təbiətlə insan duyğuları arasındakı bağdan bəhs edir. Eləcə də onun əsərlərində sevgi, məhəbbət və emosional münasibətlər tez-tez görünür.
Habil
Klassik ədəbiyyat və poeziya sevənlər üçün bu kitab gözəl hədiyyə ola bilməz məncə.
Tural
Mən klassik ədəbiyyat oxumağına başladıqdan sonra başqa hər şey ənənəvi gəldi. Təbii ki, mən çox məmnunam.
Sürəyya
Cabir Novruzun nəğmə dolu seirləri yer alıb bu kitabında. Oxuduqca könlum şad oldu.
Umid
Heyecanla gozleyirem.Indiden sifaris etmisem ki,satisa kimi xeberim olsun,ilk alanlardan olum,tesekkur edirem her kese
Gunay Novruz
Əziyyəti keçən hər kəsə Novruzlar adından minnətdarlığımı bildirirəm.