Çox təsirli, dramatik romandır. “Bülbülü öldürmək” oxucuları mərhəmət və qəddarlıq, sevgi və nifrətlə qarşı-qarşıya qoyur. Alabamadan olan balaca bir qızın söylədiyi həyat hekayəsi bu vaxtacan 18 milyon nüsxədən çox nəşr olunub, dünyanın 40 dilinə tərcümə edilib. Harper Lee həmişə öz kitabını sadə sevgi hekayəsi adlandırıb. Kitab Amerika ədəbiyyatının şah əsəri hesab olunur.
“Bülbülü öldürmək” romanında müəllif uşaqlıq illəri ilə bağlı unudulmaz xatirələrini qələmə alıb. Roman ilk dəfə 1960-cı ildə nəşr olunub, elə həmin ildə də bestsellerə çevrilib, tənqidçilər tərəfindən yüksək qiymətləndirilib. 1961-ci ildə Pulitzer mükafatına layiq görülüb, daha sonra kitab əsasında film çəkilib.
Məhsulun kodu:2000923376532
Janr:
Klassika
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Harper Lee
Səhifə sayı:
448
Dil:
Azərbaycan
Метка:
Ekspress
şərhlər4
Möhtəşəm bir roman oxuyuram . Sizə də məsləhət görürəm.
Hemishe aktual olan rasizm movusunda yazilmish en gozel romanlardan biri....
Bu kitab oxuduğum ən drammatik kitabdır deyə bilərəm. Harper Lee oxucunu qəddarlıq və nifət,sevgi və mərhəmət kimi hisslərlə qarşı-qarşıya qoyur. Varlı-kasıb,gözəl-çirkin və irqindən asılı olmayaraq bütün insanlar yer üzündə bərabərdir.
şərhlər4