Çexovun məşhur "Mənim həyatım" (Doxsanıncı illərdə) əsərində ata və oğul arasındakı konflikt əks olunmuşdur. Lakin bu konflikt sadəcə məişət hadisəsi olaraq qalmır, eyni zamanda, cəmiyyətdəki təbəqələşmə və onun törətdiyi fəsadlar da əks olunur.
Əsərin baş qəhramanı Misail yüksək zümrədən olan ailədə doğulmasına baxmayaraq yaşadığı mühitə etiraz edir. Atasının əksinə gedərək hətta yaşadığı evini və ailəsini də tərk edir. Onun fikrincə, cəmiyyətin heç bir üzvü arasında fərq olmamalıdır.
Əsərdə baş qəhramanın ideal hesab etdiyi cəmiyyət əslində elə Çexovun özünün arzuladığı cəmiyyət idi.