Necə olur ki, quldurluqla məşğul olan biri gözlənilmədən böyük sərkərdəyə çevrilir?
Daha sonra isə şahlıq taxtına oturur.
Bəs bunlar necə baş verir?
Nəriman Nərimanovun "Nadir Şah" əsərində süjet boyu oxucu Nadir Şahın bir şəxsiyyət kimi yetişməsini bütün incəliklərinədək izləyir.