Azərbaycanlı xanım yazıçı Banin 1924-cü ildə qatarla Lion vağzalına gəlir. Yər şey də elə bundan sonra başlayır.
Parisdə onu nələr gözləyir? Burada yaşadığı ilk iki-üç ildə onun başına nələr gəlir? İlk rastlaşdığı insanlar, üzləşdiyi maddi sıxıntılar... Xüsusən maneken işlədiyi dövrləri sadə və zərif bir dildə təsvir edir. "Paris günləri" romanı Avropa həyatına uyğunlaşmağa çalışan şərqli bir qadının bəzən özünə belə etiraf etməkdən çəkindiyi arzu-istəklərdən, ən məhrəm duyğulardan bəhs edir. Burada nostalji hisslərlə qələmə alınmış vətən həsrətini də duymaq olar. Əsərdə həmçinin keçmiş Rusiya İmperiyasından Fransaya köçmüş mühacirlərin həyatı təsvir edilir. Nə qədər avtobioqrafik sayılsa da, romanda mühacirət həyatının bir sıra mühüm məqamları da öz əksini tapır.
Paris günləri (cildli)