26 yaşlı məşhur yazıçı Jorj Simenon bir limanda Komissar Meqre ilə “tanış olur”. Komissar onun ən məşhur qəhrəmanına çevrilir. Yazıçı üç-dörd gün ərzində onun haqqında ilk romanını yazır. Beləliklə, Şerlok Holmsun və Erkül Puaronun rəqibi “doğulur”. Jorj Simenon özünü daha çox ictimai romanlar müəllifi kimi təqdim etsə də, bütün yaradıcılığı boyu Komissar Meqre haqqında əsərlər yazmağa davam edir. Ümumilikdə bu haqda 75 roman, 28 hekayə yazır. Sizə təqdim etdiyimiz kitabda o əsərlərdən 4-ü toplanıb. Komissar Meqre dünya ədəbiyyatının əfsanəvi xəfiyyələrindəndir. O, hər zaman güclü zəkası və iti müşahidəsi ilə oxucuları heyran edir.
Məhsulun kodu:9789952383102
Janr:
Klassika
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Jorj Simenon
Səhifə sayı:
152
Dil:
Azərbaycan
Seriya:
Mini Klassika
şərhlər1
Iş yoldaşım mənə hədiyyə etmişdi bu əsrarəngiz kitabı. Artıq oxuyub bitirdim. Vaxt ayırmağa dəyər. Kassika hər zaman maraqlı olub mənim üçün. Əla romandır👍👍👍👍
şərhlər1