İnsanlar niyə eyni hadisəyə fərqli reaksiyalar göstərirlər? Onları kobud, mədəni, zəhmətkeş, tənbəl, homoseksual, heteroseksual, pessimist, optimist, dindar, ateist edən nədir? Axı nə üçün bəzi insanlar xoşbəxtliyin yolunu tapır, digərləri bacarmır?
Bəxtimiz gətirib ki, beyini öyrənmək imkanlarının geniş olduğu bir dövrdə yaşayırıq. Texnologiya bu işdə bizə kömək edir.
Beləliklə, indi bizi düşündürən sualların cavabını tapmaq da asandır.
Həm asandır, həm maraqlı!
Həyatınızın ən yaxın və ən uzaq səyahətinə hazırlaşın.
Həm öyrənib, həm əylənəcəyiniz bir səyahətə
ISBN:
9789952388282
Janr:
Psixologiya
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Qalib Əsədov, Fuad Əsədov
Səhifə sayı:
624
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 18
Mən özüm tibb üzə təhsil alıram, belə kitablar çox oxuyuram. Amma insan beyninin necə işlədiyini bu qədər aydın və maraqlı izah edən bir kitab oxumamışdım. Həyatımızı formalaşdıran qərarların arxasındakı mexanizmləri öyrənmək möcüzəvi idi.
Tələbələrə vacibdir bunu oxumaq.
Bu kitab beyin haqqında ətraflı məlumat verir, onun strukturu və funksiyaları ilə tanış edir. Elmi dildə yazılmış olsa da, başa düşmək asandır. Beyin haqqında maraqlı məlumatlar topladım.
Mənə çox kömək oldu. Həyatımda qarşılaşdığım çətinlikləri daha yaxşı analiz edib, həll yollarını daha rahat tapa bilirəm.
Mən zehni sağlamlığıma baeədə məlumatlı olmağı önəmsəyirəm. Bu səbebdən müyəmadi olaraq psixologiya kitabları oxuyuram. Son günlərdə bu kitabı oxuyuram. Çox maraqlı kitabdır. Hər iki müəllifə təşəkkür edirəm!
Beynin işləmə prinsipləri və onun gücü haqqında çox maraqlı və dərin məlumatlar təqdim edir, müəlliflər. Oxuduqca öz həyatımda tətbiq edə biləcəyim bir çox faydalı tövsiyə əldə etdim. Pisixologiyaya marağı olan hər kəs üçün maraqlı gələr bu kitab. Hər iki müəllifə halaldır!
Həmişə sərf etdiyim sərfəli qiymətlər və sürətli çatdırılma xidməti ilə məmnunam. Çox sağ olun.
Çox sevdiyim bir onlayn alış-veriş saytından sifariş etdim və mənə çox sürətli bir şəkildə çatdırıldı. Kitabım çox yaxşı vəziyyətdə gəldi. Təşəkkür edirəm sizə.
Elmi işimdə kitabın çox faydası oldu mənə!
Psixoloji konseptləri anlaşılır və təsirli bir şəkildə təqdim edilmişdir. Həm də həyati məsləhətlərin verilməsi xoşuma geldi.
Məndə oxudum, maraqlıdır!
Qanun nəşriyatının növbəti uğurlu kitabı!
Mənim qızım Türkiyyədə piskolojik bölümdə təhsil alır. Düşündüm ki, 8marta ona ən gözəl hədiyyə bu kitabı almaq olardı. Sifariş verdim artıq. İnşallahki, qızımsa bəyənər hədiyyəsini.
ikinci əl olaraq kitabi satmaq istəyən varsa zəhmət olmasa xəbər etsin 22 AZN budcəm ucun uygun deyil
Çox faydalı və lazımlı kitabdır. Xüsusəndə psixologiya sahəsi üzrə oxuyanlar üçün.
Oğlum axtarırdı pisixologiya mövzusunda yazılmış belə bir kitab. Mən sizin saytınızdan özümə kitab baxırdım. Təsədüfən bu kitabda qarşima çıxdı. Özümə aldığım kitablarla yanaşı bu kitabıda sifariş verdim.
Psixologiya üzrə təhsil alıram. Bu kitabı da çox bəyəndim. Bütün qrup yoldaşlarıma da məsləhət görmüşəm, sizə də tövsiyə edirəm. Çox faydalanacaqsınız. 👍👍👍👍👍👍👍👍👍
Qalib və Fuad Əsədovlara minnəttaram belə maraqlı kitab üçün. On ukduz vermək imkanım olsaydı yenədə verərdim bu kitaba.
Çox maraqlı kitabdır. Bu qədər bəyənəcəyimi özümdə gözləmirdim, düşündüyümdən də maraqlı və öyrədicidir. Bir çox suallarıma cavab tapdım.
Bənzər məhsullar
Bununla birlikdə alırlar