Şobelin dünyaca məşhur “Özünü reklam et” kitabı hər kəsi
maraqlandıracaq publisistik düşüncələrdən ibarət olsa da, ilk
növbədə karyera həvəskarları üçün nəzərdə tutulub. Burada
müəllif öz şəxsi təcrübəsindən çıxış edərək qiymətli tövsiyələr
verir, növbəti pillələrə yüksəlməyin sirlərini bölüşür.
İnsan arzu etdiyi vəzifəyə necə yüksələ bilər? Nüfuz sahibi
olmaq, komanda yoldaşları və rəhbərliyin etimadını qazanmaq
üçün hansı addımlar atılmalıdır? Sahibkarlıq nədir və bu işlə
məşğul olmaq üçün hansı keyfiyyətlərə malik olmalısan?
Kitabda müəllif bu suallara cavab verir və inandırıcı dəlilləri ilə
hər kəsə bələdçilik edir.
"Bu kitab ən yaxşı və ən çətin anlarımda mənə inanan və
hərtərəfli dəstək olan valideynlərimə həsr olunub. Bütün ağrıacılara
və maneələrə baxmayaraq, onlar başımı hər zaman
uca tutmağı və müsbət əhvali-ruhiyyədə olmağı təmin ediblər.
Həyatımda bu keyfiyyətlərin hər ikisinə sahib olmaqdan çox
şərəf duyuram, çünki gözəl valideynlərə sahib olmaq “Özünü
reklam etməyi və xəyallarınıza çatmağı çox asanlaşdırır”.
Onların mənə verdiyi ən yaxşı tövsiyələr bunlardır: həyatı çox
ciddiyə alma, hər zaman özün ol və heç bir şeyin səni ruhdan
salmasına imkan vermə. Bu kitab onlara ithaf olunub, çünki
onlarsız mən burada olmazdım".