“Dəniz canavarı” Cek Londonun ən oxunaqlı romanlarından
biridir. Müəllif uşaq vaxtlarından dənizi sevdiyi üçün
mənzərələri sənətkarlıqla təsvir edib, buradakı təhlükəli anları
təbii şəkildə qələmə alıb.
Əsərin əsas qəhrəmanı Canavar Larsen dəniz pişiyi ovu
ilə məşğul olan “Kabus” yelkənli gəminin kapitanıdır, o, yalnız
özünün fiziki gücünə arxalanır, mərhəmətin nə olduğunu
bilmir, heyvan xislətli, kobud bir dənizçidir. İnsan öldürmək
onun üçün heç nədir, heç kimi bağışlamır, tətbiq etdiyi cəzaları
insanları öldürməklə sona yetirir. Əsər həm də onunla mübarizə
aparmaq məcburiyyətində qalan gənc alimlər Hemfri Van-Veyden
və Mod Brüsterin möhkəm iradələrindən bəhs edir.
ISBN:
9789952369670
Janr:
Klassika
Nəşriyyat:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Cek London
Səhifə sayı:
336
Dil:
Azərbaycan
Seriya:
Qırmızı Klassika
Метка:
Bestseller, Ekspress
Məhsul haqqında rəylər 14
Dəniz Canavarı əsəri mənə böyük təsir bağışladı. Hekayə insana öz gücünə inam hissi verir.
Əsərin təsviri çox gözəl və dərin idi. Hekayə insanın iç dünyasını çox gözəl əks etdirir. Bəyəndim ❤️.
Kitabda insanın təbiətlə mübarizəsi çox təsirli təsvir olunub. Londonun yazı üslubu heyranedicidir.
Mükəmməl, oxunaqlı bir əsərdir. Yazıçı hadisələri, dəniz mənzərəsini o qədər güclü təsvir edir ki, bütün baş verənlər sanki gözümün qabağında cərəyan edir. Heyranlıqla oxudum. Dəniz canavarı möhtəşəm bir romandır. 👍👍👍👍
Cek Londonun kitabını oxuyarkən sanki onunla birlikdə hərəkət edirəm. Onun əsərini macəra arayan hər kəsə məsləhət görürəm.
Həqiqətən, bestseller olmağa layiq əsərdir. Çox xoşuma gəldi.
Cek Londonun əsəri məni düşündürdü və həyatın əhəmiyyətli sualları barədə düşünməyə sürüklədi. Oxumaqdan yorulmadım, mükəmməl əsərdir.
Cek Londonun romanlarında müasir insanın mübarizəsini təsvir etmək üçün unikal bir tərzi var.
Jack Londonun yazıları insanın ruhunu, təbiətə olan bağlılığını və həyat mübarizəsini təsvir edir. Onun əsərləri məni hər dəfə təsirləyir və düşündürür
Çox təsirli əsərdir, həqiqətən oxumağa dəyərmiş.
Londonun bəzi əsərlərində sosial tənqid var. Onun bəzi əsərlərində sinfi fərqlər, fəhlə sinfinin şəraiti və kapitalizmin tənqidi əsas mövzudur.
Klassik əsərləri oxumağım dünya görüşümü genişlətdi və özümü daha böyük bir fikir sahibi hesab edirəm. Oxuduqca elə bilirəm ki, həmin yazarla eyni vaxtda yaşayıram. Çox ətraflı təsvir olunub o mühit, o insanlar, cəmiyyət, şəhər
Klassik ədəbiyyat mənə daha böyük bir perspektiv açdı və həyatı daha böyük bir rəng kimi görməyə başladım.
Cek London'un şedevr əsərlərindən biri daha.
Bənzər məhsullar
Bununla birlikdə alırlar