Böyük yazarın ilk böyük romanı sayılan “İdiot”, Dostoyevskinin insanın daxili problemləri və cəmiyyət qarşısındakı durumunu ən çılpaq şəkildə qələmə aldığı əsərlərindən biridir. 1868-ci ildə tamamlanan “İdiot”un qəhrəmanı, eynilə Dostoyevski kimi epilepsiya xəstəliyinə mübtəladır. Müalicə üçün getdiyi İsveçrədə üç il müalicə aldıqdan sonra Peterburqa əldən düşmüş halda qayıdan Knyaz insanlardan xeyli uzaqlaşdığını və öz iç dünyasına qapandığını hiss edir. Dostoyevski bu romanıyla ideal bir insan olaraq yaşamanın çətinliklərinə toxunur, ictimai dəyərlərin pozulmasını bütün çılpaqlığıyla göstərir. Sözün bütün mənalarında dünyanın bütün gəlib-keçmiş zamanlarının ən gözəl psixoloji eşq romanı olan “İdiot”, Dostoyevskiyə xas usta romançılığın ən mükəmməl nümunələrindəndir. 150 ilə yaxın bir müddətdə dünyanın hər yerində təkrar-təkrar nəşr edilən bu kitaba oxucu marağı qətiyyən azalmır, əksinə, daha da sevilərək oxunur.
ISBN:
2000923376389
Janr:
Klassika
Nəşriyyat:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Fyodor Dostoyevski
Səhifə sayı:
712
Dil:
Azərbaycan
Seriya:
Qırmızı Klassika
Метка:
Ekspress
Məhsul haqqında rəylər 6
BU ƏSƏRİ OXUDUM
DÜŞÜNMƏK DƏRİNLƏRƏ GETMƏK İSTƏYƏNLƏR ÜÇÜN GÖZƏL BİR ƏSƏRDİ AMMA ÇOXDA DƏRİN ƏSƏRLƏRİ SEVMƏYƏNLƏR ÜÇÜN YORUCU OLA BİLƏR DOSTOYEVSKİNİN BU ƏSƏRİNİ OXUYANDA MÖVZULARI BEYNİNDƏ QURUB QURAŞDIRMAĞA ÇALIŞIRSAN OXUDUM MARAQLI OLDU OXUMAĞA DƏYƏR
DÜŞÜNMƏK DƏRİNLƏRƏ GETMƏK İSTƏYƏNLƏR ÜÇÜN GÖZƏL BİR ƏSƏRDİ AMMA ÇOXDA DƏRİN ƏSƏRLƏRİ SEVMƏYƏNLƏR ÜÇÜN YORUCU OLA BİLƏR DOSTOYEVSKİNİN BU ƏSƏRİNİ OXUYANDA MÖVZULARI BEYNİNDƏ QURUB QURAŞDIRMAĞA ÇALIŞIRSAN OXUDUM MARAQLI OLDU OXUMAĞA DƏYƏR
Nastasya Filippovnanın Knyaz Myşkinlə münasibəti və onun özünü məhv etməyə yönəlmiş davranışları əsərin ən dramatik hadisələrindəndir. Onun hər dəfə öz taleyini çətinləşdirməsi və Knyaz Myşkini sevgi ilə rədd etməsi, bu əsəri oxumaq üçün edər. Məncə maraqlıdır, oxuyun sizdə.
Bu əsər klassik ədəbiyyatın gözəl bir nümunəsidir. Oxumaqdan çox zövq aldım və onu tövsiyə edirəm.
Dostoyevskinin "İdiot" romanı, ideal bir insanın müasir dünyada necə yaşaya biləcəyini sorğulayır. Knyaz Mışkinin səmimiyyəti və saf ürəyi, cəmiyyətin ziddiyyətləri ilə toqquşur. Bu əsər, humanizmin və şəfqətin gücünü nümayiş etdirir. Mən oxudum və bütün oxuculara da məsləhət bilirəm. Oxumaq olar!
Neçə sehifedir ?
712 səhifə.
alinino.az, 15.03.2020 в 16:09
alinino,bu kitabı sifariş vermək istəyirəm.dostoyevski əlfəcini var kitabın içində?
Bənzər məhsullar
Bununla birlikdə alırlar