Leonid Qrossmanın “Dostoyevski” kitabında rus klassik ədəbiyyatının dühası Fyodor Dostoyevskinin dramatik həyatı əks olunub.
Bu yazıçının dünya ədəbiyyatında müstəsna yeri var və şübhəsiz o, abidə şəxsiyyətlərdən biri sayılmağa tam haqq qazanıb.
Dostoyevskinin mürəkkəb şəxsi səciyyəsi daxili ziddiyyətləri ilə birgə haçalanır. Ona mühafizəkar, xristian təəssübkeşi, monarxist damğaları vuran tənqidçilər, bununla belə, dərin fəlsəfi baxışlarını, mərhəmət və xeyirxahlığa çağırışlarını hər zaman yüksək qiymətləndiriblər. Yazıçı bu əqidədə idi ki, bəşər tarixində Rusiyanın öz missiyası var və o, gələcəkdə bir çox xalqların taleyini həll etmək hüququna malikdir. Ömrünün sonlarında isə o, qeyd edirdi ki, “düşüncə və nur hökmranlığı Rusiyamızda, dünyanın istənilən guşəsi ilə müqayisədə, daha tez yarana bilər”.
Yazıçının ədəbi yaradıcılığı da mürəkkəb dövrlərə malikdir. Lakin realist təsvirləri və cana yaxın obrazları ilə bu gün də o, minlərlə oxucunun qəlbini fəth etmək qabiliyyətindədir. Maksim Qorkinin sözləri ilə desək, “Dostoyevskinin dahiliyi şəksizdir və təsvir gücünə görə bəlkə də yalnız Şekspirin istedadı onun istedadına bərabərdir”.
ISBN:
9789952269659
Janr:
Bioqrafiya
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Bərk
Müəllif:
Fyodor Dostoyevski
Səhifə sayı:
784
Dil:
Azərbaycan
Seriya:
Görkəmli insanların həyatı
Метка:
Ekspress
Məhsul haqqında rəylər 3
Oxumağa dəyər kitabdır, bəyənərək oxudum.
Kitab xoşuma gəldi. Əladır.
Dostoyevski rus cəmiyyətinin tənqidi ilə yanaşı universal mövzulardan da bəhs edir.
Bənzər məhsullar
Bununla birlikdə alırlar