Bu kitab startap yaratmaq üçün məşhur müəllifin təlimatıdır. Kitabda Guy Kawasaki bir ideyanı effektiv şirkətə çevirməyin sirlərini bölüşür. Onun məqsədi nəzəriyyədə və lazımsız detallarda ilişib qalmadan, bütün zəruri bilgiləri əldə edərək, nəsə böyük bir şey yaratmağınıza yardım göstərməkdir. “Necə edəsən ki, səhvə yol verməyəsən” tipli məsləhətlərin xeyri yoxdur, onsuz da səhvlər olacaq. Ən maraqlısı, buraxdığınız səhvdən sonra ayaq üstə qalaraq, nəhayət inkişafa başlamağın yollarını aydınlaşdırmaqdır.
Kawasaki tez-tez deyir ki, sahibkarlıq iş deyil, zəkanın halıdır.
“ Startap sənəti 2.0” sizi bu əhvala kökləyəcək.
Bu kitabı niyə oxumağa dəyər
– Bu, öz biznesini qurmaq və gəlir gətirməsinə nail olmaq istəyən hər kəsin ömür yolunda əsas kitabdır.
– Bu kitabda o qədər sağlam məntiq və konkretlik var ki, təkcə yeni əlavə, yaxud offline biznes qurmaq istəyənlərə deyil, hansısa layihə üzərində düşünən hər insanın işinə yarayar.
– Kawasakinin boş söhbətlə, uzun-uzun mülahizələrlə arası yoxdur. Hər şey mətləbin içində və dəqiqdir – siz təxirə salmadan işinizi inkişaf etdirməyə başlaya bilərsiniz.
ISBN:
9789952367195
Janr:
Psixologiya, özünüinkişaf
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Guy Kawasaki
Səhifə sayı:
392
Dil:
Azərbaycan
Метка:
Ekspress
Наличие товара:
есть в наличии
Məhsul haqqında rəylər 2
Bu kitab tərcümədir, amma oxuyarkən bunu hiss etmək mümkün deyil. Tərcümə o qədər səlis və axıcıdır ki, elə bil müəllifin öz dilində yazılıb. Cümlələrdə nə bir kobudluq var, nə də bir təkrarlama. Tərcüməçinin işinə böyük hörmətim var. Onun zəhməti hər sətrdə hiss olunur. Eyni zamanda kitabın çap keyfiyyəti də çox yüksəkdir. Belə bir iş ərsəyə gətirən hər kəsə təşəkkür edirəm.
Liderlik barədə maraqlı yanaşmalar qeyd edilmişdir, əla kitabdır.
Bənzər məhsullar
Bununla birlikdə alırlar