Devidin gənclik dostu Mark Melleri bir gün ona müraciət edir. Mark Melleri anonim təhdid məktubu alır. Məktub müəllifi Markdan ürəyində bir üçrəqəmli ədəd tutmağı, sonra zərfin içindəki ikinci zərfə baxmağı tələb edir. Mark ikinci zərfin içindəki məktubda fikrində tutduğu üçrəqəmli ədədi görəndə dəhşətə gəlir, təlaşa düşərək veteran detektivə müraciət edir. Bu necə ola bilər? Axı həmin ədəd Mark üçün heç bir əhəmiyyət kəsb etmir. O, sadəcə üç rəqəmdən ibarət kombinasiyadır, vəssalam. Bu sirri açmağa Mark Mellerinin ömrü çatmır – təhdid məktubunu yazan şəxs vədinə əməl edərək onu öldürür. Bəs Devid Qörni? Qocaman detektiv qurbanlarını aradan götürməzdən əvvəl onları bu cür məktublarla dəhşətə gətirməyi sevən silsilə qətllər ustasını tapa biləcəkmi?
ISBN:
9789952515503
Janr:
Triller
Nəşriyyat:
Yay
Cild:
Yumşaq
Müəllif:
Con Verdon
Səhifə sayı:
484
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 3
Süjet xətti çox yaxşı qurulmuşdu, hadisələrin axışı qüsursuz idi. Bu kitabı oxumaq mənim üçün böyük zövq oldu.
Müəllifin yazı tərzi çox axıcı idi, və süjet xətti çox maraqlı şəkildə inkişaf edirdi. Hadisələrin axını və final məni heyran qoydu. Sizə də tövsiyə edirəm.
Çox maraqlıdır. Həyəcanla oxudum.
Bənzər məhsullar
Bununla birlikdə alırlar