Varlıq kimi yoxluqlar da bu həyatdan bizə ərməğandır. Məhz bu səbəbdən də qazanclarımın olduğu kimi son on il müddətində, eyni zamanda bir çox şeyin yoxluğunu çəkdim. Hərçənd heç zaman düşüncə yoxluğu yaşamadım, yaşamın düşüncəsiz var olmayacağına inandım. Həyatımın hər bir hissəsində var olmağıma səbəb olan düşüncələrim mənimlə idi. Düşündükcə böyüdüm və böyüdükcə dünyaya baxışım dəyişdi. Mən dəyişdikcə də ətrafımı dəyişdirməyə davam etdim. Beləcə gördüm ki, gələcək düşüncələrimlə formalaşır. Dəyişmək gözəl idi, amma dəyişməyən ən gözəl şey qələmimə istiqamət verən sevgi idi.
Bu, bir sevgi, bu, bir dəyişim, bu, bir dünya hekayəsidir. Bu, gənc bir yazarın içində yaşadığı “Koma”dır (komadır).
Hər köşədə bir az mən, bir az sən, bir az biz varıq. Bəyəm varlığımız ən böyük xəzinəmiz deyilmi?
İlk yazmağa başladığım günü düşünürəm. Həyata gecikdiyimi düşünmüşdüm. İkincini qələmə alan zaman psixoloji bir dram içindəydim. Üçüncünün ərsəyə gəlməsi hərbi xidmətimin təsirində qaldığım müddəti əhatə edirdi. Onlar olmasaydı, təşəbbüs də olmazdı. Əlinizdə tutduğunuz bu kitab isə digərlərindən fərqli olaraq daha gözəl bir dünya naminə, xətrinə xəstə misalı, içində hamımıza ehtiva edən böyük bir komadır. Haradan baxsanız, on il var ki qələmlə dərdləşir və bir şey yazmağa çalışıram.
ISBN:
9789952381504
Janr:
Roman
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Tural Həsənli
Səhifə sayı:
376
Dil:
Azərbaycan
Метка:
Bestseller, Ekspress
Məhsul haqqında rəylər 7
Həyatın nə qədər qiymətli olduğunu hiss etdirən bir kitabdır. Tibb mövzularına toxunması onu daha real edir. İnsan sağlamlığı və ümid haqqında düşündürən bir hekayədir. Məndə fərqli təsurat yaratdı.
Kitabda hadisələr çox gözəl təsvir edilib. Oxuduqca özümü o dünyada hiss etdim.
Bu əsər məni öz dünyasına saldı, oxumağı dayandırmaq mümkün deyildi.
Kitab çox maraqlı və düşündürücü idi. Hər kəsin oxumasını məsləhət görürəm. Süjet xətti çox yaxşı qurulmuşdu. Oxumaqdan böyük zövq aldım.
Əla kitabdır, oxumağa dəyər.
Bu kitab məni dərindən düşündürdü. Mükəmməl əsərdir.
Oxuduqca qəribə hisslər bürüyür məni. Romanın ümumilikdə qeyriadi mövzusu var.
Bənzər məhsullar