Çox səsli roman janrında yazılan “Hərflərin vahiməsi”nin mövzusu XX əsrdən üzü bəri bir-birini izləyən modern romanların bəhs etdiyi iqtidar-sənət qarşıdurmasıdır. Bu, əslində, güc olanla estetik olanın konfliktidir. Müəllifin məqsədi iqtidar gücünün ona qarşı müxalif olan sənəti öz nəzarətində saxlamaq üçün hansı bürokratik oyun qaydalarını işə saldığını və bu oyunun iştirakçısına çevrilən sənət adamının hansı faciələrlə üzləşdiyini göstərməkdir.
İqtidarın ideoloji maraqlarından doğan himayədarlıq təklifinə özünün acınacaqlı ehtiyaclarının dili ilə cavab verən yazar, öz timsalında sənətin ürək həqiqətini həyatın çörək həqiqətinə qurban verdiyinin fərqində. O, seçim qarşısındadır; ya məşəqqətli, amma yaradıcı azadlıq, ya da gücün himayəsinə sığınan qısır və tox rahatlıq. Romanın qəhrəmanı mənsub olduğu cəmiyyətin fikrini öyrənmək istəyir. Artıq əxlaqi aşınmaya uğradılmış cəmiyyət ona aşağılayıcı bir dillə ikincini seçməyi, yəni azadlığını rahatlığına qurban verməyi məsləhət görür. Fərd və cəmiyyət dialoqu fərdin məğlub olması ilə başa çatır. Beləliklə, siyasət oyuna çəkdiyi sənəti neytrallaşdırır, onu bir heçə çevirir. Söz çörəyə, gözəllik gücə yenilir. Zəncirini qırmış fərd öz mağarasına geri qayıdır, lakin o, artıq burada heç kimə lazım deyil.
ISBN:
9789952381689
Janr:
Roman
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Aqşin Yenisey
Səhifə sayı:
144
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 4
Əli və Ninodan sifariş etdiyim kitablar həm maraqlı, həm də mükəmməl vəziyyətdə gəldi. Təşəkkürlər!
Çox maraqlı və təsirli əsərdir. Yazıçının yazı tərzi və mövzusu məni çox düşündürdü.
Oxuduğum ən fərqli kitab olduğunu deyə bilərəm. Müəllifə eşq olsun. Yazıb, yaradıb!
Bu əsərin fərqli aurası var. Cəlbedici və axıcıdır.
Bənzər məhsullar
Bununla birlikdə alırlar