Mark Levi sayca on altıncı romanı olan və özündə bir qədər avtobioqrafik nüansları birləşdirən «Qadın və kişi» romanında macəradolu romantika ilə komediyanı bir araya gətirir. Keçmişə boylanaraq, birinci romanının personajı memar Pol Bartonu oxuculara yenidən, bu dəfə fərqli məkanda və fərqli şəraitdə təqdim edir. Fransanın ən məhşur romançılarından biri bu əsərində bizə sevgidən, dostluqdan və tanışlıq saytlarından danışır. Pol yazıçılıqla məşğul olan və Parisdə yaşayan amerikalı memardır. Mia isə problemlərdən başını götürüb Parisə qaçan ingilis aktrisadır. Paris bu iki insanın sevgi, eyni zamanda ayrılıq şəhərinə çevrilir. «Qadın və kişi» sentimental komediyası oxucunu həm əyləndirir, həm də düşündürür.
Yazıçı bu romanda Şimali Koreyadakı diktatura rejiminə də toxunaraq, insanları əsrin bu yaralı ölkəsinə qarşı həssas olmağa çağırır. Müsahibələrindən birində Mark Levi belə deyir: «Doğrudur ki, Şimali Koreyadakı diktatura rejminin üstündən səssiz keçirlər. Neft ehtiyatları olmadığına görə ölkənin iqtisadiyyatı heç kəsə maraqlı deyil. Halbuki, ölkə əhalisi aclıq, səfalət içində və köləlik şəraitində yaşayır. Ona görə də, mən Şimali Koreya haqqında danışmağa ehtiyac gördüm və romandakı əhvalatların bir qismini Cənubi Koreyaya köçürdüm». Bir-birinə aşiq olmamağa çalışan iki aşiqin, bir-birinə böyük hörmətlə yanaşan iki dostun sadə, lakin düşündürücü məhəbbət əhvalatı, romanın gözlənilməz sonluğu Mark Levi oxucularını təəssüratsız buraxmayacaq.
ISBN:
9789952361827
Janr:
Roman
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Mark Levi
Səhifə sayı:
350
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 9
Bu əsər sevgini təkcə bir hiss kimi deyil, həyatın bir fəlsəfəsi kimi təsvir edir. Oxumağa dəyər!
Kitabı yeni oxuyub bitirdim, həqiqətən çox xoşuma gəldi. Əsər həqiqətən mənə sevgi haqqında yeni baxışlar qazandırdı. Romantik və emosional səhnələr çox gözəl təsvir olunmuşdu.
Mark Levinin kitabının mövzusu çox maraqlı idi. Sürükleyici hekayə ilə yanaşı, həyat dərsləri də verir. Həm əyləndirdi, həm də düşündürdü.
Hekayənin axışı çox təbii idi, hadisələrin inkişafı isə tam məntiqli və gözlənilməz.
Sevgi dolu hər səhifə məni daha da heyrətləndirdi. Oxumağa dəyər! 👍👍👍👍
Səadətli olmaq istəyənlər üçün mükəmməl bir kitab. Sevgi romanlarını oxumaq mənə həmişə huzur verir, amma bu kitabı oxuyanda hislərim daha da çox yüksəldi. Əlindən buraxmaq istəməyəcəksən.
Levinin kitabları məni həmişə müdafiə etməyə və fikrimi dəstəkləməyə kömək edir. Onun analitik təhlilləri və araşdırmaları məni həmişə düşündürür.
Olduqca maraqlı və bir o qədər də original bir romandır.
20 % endirimlə aldım, endirimlərinizə görə çox sağ olun.
Bənzər məhsullar
Bununla birlikdə alırlar