Bir qarın çörək üçün İstanbula üz tutmuş anadolular – alın tərləri və əllərinin zəhməti ilə özlərinə yuva qurmağa çalışan sadə və təmiz qəlbli insanlar, ayaqlarını bu insanların kürəyinə dirəyərək duruş gətirməyə çalışan sistem İstanbul qədər yaşayışın, həyatın da rəngini dəyişməkdədir. Bu dəyişikliyin tam ortasındakı insanlar Orxan Kamalın usta qələmi və hər zaman insana sevgi dolu sənəti ilə oxuculara çatdırılır. Türkiyənin yaxın keçmişinə və onu təqib edən bu gününə gerçək bir gözlə baxa bilmək üçün “Qürbət quşları” romanını mütləq oxumaq lazımdır. 1950-60-cı illərdəki köçlər və tikinti-inşaat işləri ilə siması sürətlə dəyişməkdə olan İstanbul “Qürbət quşları” romanında tam gerçəkliyi ilə əks olunub.
Nazim Hikmətin təsiri ilə nəsr yaradıcılığına başlayan Orxan Kamal ilk hekayələrini Bacaqsız Orhan təxəllüsü ilə yazıb, ilk dəfə 1943-cü ildə “İkdam” qəzetində dərc olunan “Asma çubuğu” hekayəsində Orxan Kamal (Orhan Kemal) təxəllüsünü işlədib. 1958-ci ildə “Qardaş payı” (“Kardeş payı”) hekayəsinə görə “Sait Faik Hikaye Armağanı” mükafatını alıb. 1967-ci ildə Ankara Sənətsevərlər Dərnəyi tərəfindən ən yaxşı dramaturq seçilib. 1969-cu ildə “Öncə çörək” (“Önce ekmek”) hekayəsinə görə “Türk Dil Kurumu Ödülü” və “Sait Faik Hikaye Armağanı” mükafatlarına layiq görülüb.
ISBN:
9789952269673
Janr:
Klassika
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Orxan Kamal
Səhifə sayı:
472
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 5
Gənclik illərimdən bəri mütaliyə vərdişim var. Kitab oxumaq insanın həyatını daha rəngarəng edir. Hər kəsə tövsiyəmdir: vaxt tapdıqca oxuyun!
Düşündüyümdən də çox bəyəndim 👍👍👍👍.
Yazıçının yaratdığı personajlar o qədər canlı və inandırıcıdır ki, sanki onları öz həyatımda tanıyıram. Kitabı bir dəfə oxuyub kənara qoymaq mümkün deyil.
Əsər çox gözəl yazılıb. Müəllifin üslubu və qəhrəmanların həyat hekayələri çox cəlbedicidir.
Bu əsəri ikinci dəfə idi oxuyurdum. Onu deyim, eyni maraqla oxudum. Birinci dəfə türk dilində oxumuşdum. Sonra gördüm az dilinə tərcümə ediblər. Maraq üçün aldım bu bu kitabı. Ancaq oxuyanda gördümki, kitab əslində yazıldığı dildən heçdə fərqlənmir. Halal oldun bunu nəşr edənlərə hər kəliməsini belə düzgün tərcümə ediblər. Hətta mən dedim kaşki, elə əvvəldən az dilində oxuyardım bu əsəri. Belə oxumaq daha rahat gəldi mənə.
Bənzər məhsullar
Bununla birlikdə alırlar