Elinor Riqbi Londonda yaşayır və “National Geographic” jurnalında müxbir işləyir. Bir dəfə növbəti səyahətindən qayıtdıqdan sonra anonim bir məktub alır. Məktubu göndərən şəxs Elinor Riqbinin anasının keçmişdə cinayət işlətdiyini iddia edir. Corc Harison Kanadanın Kvebek şəhərində yaşayır. Ona da eyni anonim məktubdan göndərilir. Elinor Riqbi və Corc Harison bir-birini tanımır, ancaq məktubun müəllifi ikisinə də Baltimorda, liman sahilində bir kafedə görüş təyin edir. Bəs onları nə birləşdirir? İkisinin də anası hansı cinayəti törədib? Anonim müəllifin məqsədi nədir?
ISBN:
9789952366655
Janr:
Roman
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Mark Levi
Səhifə sayı:
384
Dil:
Azərbaycan
Метка:
Bestseller, Ekspress
Məhsul haqqında rəylər 15
Hadisələrin axarı çox sürətli və maraqlı idi. Kitabı oxuyarkən vaxtın necə keçdiyini bilmədim.
Bu roman məni birbaşa hekayənin içinə çəkdi. Yazı dili çox sadədir, amma təsir gücü böyükdür. Hər bir obraz mənə sanki həyatdan götürülmüş kimi göründü. ❤️❤️👍👍
Çox gözəl və təsirli bir əsərdir. Oxumağa başladıqdan sonra kitabı yerə qoymaq mümkün deyildi. Həyəcanla oxudum.
Kitabda xarakterlərin inkişafı və onların iç dünyası çox təsirli şəkildə təsvir olunub.
Kitabın hər səhifəsində yaşadığım hissləri sözlə ifadə etmək çətindir. Bu sevgi hekayəsi mənim üçün unudulmaz olacaq.
Bu hekayə mənə çox dərin təsir bağışladı. Həm romantik, həm də emosional bir oxu təcrübəsi idi.
Bu kitab məni çox duyğulandırdı. Sevgi dolu anlar və həyəcanlı hadisələr çox gözəl təsvir edilmişdi.
Sevgi janrında olan bu kitab məni çox təsirləndirdi. Hekayə çox duyğusal və təsirli idi. Hər kəsə tövsiyə edirəm.
Göstərdiyiniz xidmətdən razı qaldım, təşəkkür edirəm sizə. Kitabı oxumağa başlamışam, həqiqətən maraqlıdır.
Bu sevgi romanı mənim üçün ən romantik və həyəcan verici kitab oldu. Xarakterlər o qədər reallıqla qələmə alınıb ki, mən də hər bir səhifədə hadisələri onlarla birlikdə yasadım.
Bu roman, sevgi və macəra dolu bir dünyanın içinə apardı. Çox gözəldir
Əsas personajların münasibətləri həyatın özünü yansıtdı. Hiss etdim ki, onların heyati problemləri, sevinci və təəssüfləri mənimkilə eynidir.
Mark Levinin kitabları həmişə məni siyasi məsələlər üzərində düşünməyə sürükləyir. Onun analitik təhlilləri və məzmunu məni həmişə təsir edir.
Beynəlxalq məşhur müəllifdir. Mark Levinin kitabları dünya aləminə məlumdur və bir çox dillərə tərcümə olunub. Onun əsərləri böyük oxucu kütləsinə malikdir. Hər bir əsərini məndə sevərək oxumuşam.
Salam. Kitabı xeyli vaxtdır almışdım amma, siyahımda oxumalı kitabların sayı çox olduğu üçün heç cürə qərar verə bilmirdim ki, Mark Levynin əsərlərinə başlayım ya yox. Bu günlərdə dostum atdı mənə ki oxudum bu kitabı mütləq oxu. Onun tövsiyyəsi üzərinə əlimdəki Joze Eduardu Aqualuzanın "Kaş unudaydım" kitabını qurtaran kimi buna başladım. Yeri gəlmişkən deyim Kaş unudaydım kitabını çox tövsiyə edirəm alın oxuyun. Çox maraqlıdır. Stenfildlərin sonuncusu əsəri möhtəşəm idi. günə oxudum. O qədər maraqlı idi ki, bəzən 50-60 vərəqi bir göz qırpımında oxuyurdum. Kitab səni vadar edir ki, oxu məni qurtar amma, bununla bərabər kitabın qurtarmağına da təəssüflənirsən. Oxuyucunu axıra qədər intizarda saxlamağı bacaran əsərlərdəndir. Bəzi kitablar var ki sona yaxın artıq maraqsızlaşır. Ya da əvvəli maraqlı olmur. Amma bu kitab başdan axıra qədər maraqlıdır. Bir sözlə 5 ulduz verirəm və hər kəsə oxumağı tövsiyyə edirəm.
Bənzər məhsullar
Bununla birlikdə alırlar