Search
Contacts
We deliver 7 days a week, from 9:00 AM to 8:00 PM.
Profile
Profile
Favorites
Favorites
Cart
Cart
−20%

Ruslan və Lüdmila

Publishing house: Qanun Nəşriyyatı
Series: Mini Klassika
SKU: 2001248774638
Unit of measurement: pcs.
3.99 AZN
4.99 AZN
Savings 1 AZN
Special online price
In stock

Puşkinin poemaları onun yaradıcılığında mü­hüm yer tutur. Şair hələ lisey illərində böyük həcm­li əsərlər yazmağa başlayır. İlk təcrübə ola­­­­raq “Ruslan və Lüdmila” poemasını yazıb. Bu poemanı şair 1817-ci ildə başlamış, 1820-ci il­də bitirmişdir. Əsər xalq nağılları əsasında müxtəlif variantlarla məşhur olan “Üç bacı” nağılı və məşhur “Dobrinya Nikitiç” bılinasına çox yaxın idi. Coşqun həyat mübarizəsi eşqi, dostluq, sədaqət, mərdlik kimi gözəl əxlaqi ideyaların təbliği poemanın əsas ideyasını təşkil edirdi. Lakin ən əhəmiyyətlisi budur ki, Puşkin bu poeması ilə həm məzmun, həm də forma cə­hətdən o vaxta qədər ədəbiyyatda öz təsirini saxlamış yalançı klassizmə ağır zərbə vurmuş, o vaxta qədər görünməmiş yeni bir poeziya nümunəsi yaratmışdır. “Ruslan və Lüdmila”ya gö­rə mürtəce şübhələrdən Puşkinə hücum edən çox oldu. Lakin əsərin son dərəcə qüvvətli, ca­zibəli bir üslubda yazılması geniş oxucu kütləsinin sevincinə səbəb olmuşdu. Bu vəziyyət Puşkinin düşmənlərini susmağa məcbur edir. “Ruslan və Lüdmila” o zamanın bütün şairlərinin diqqətini cəlb edir. Şair Jukovski bu poemanı oxu­yandan sonra öz şəklini Puşkinə göndərmiş, şəklin arxasında “məğlub edilmiş şairdən qalib çıxmış şairə hədiyyə” sözlərini yazmışdı.

ISBN:
2001248774638
Genre:
Klassika
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Yumşaq
Author:
Aleksandr Puşkin
Pages::
128
language:
Azerbaijani
Series:
Mini Klassika
Метка:
Ekspress
Product reviews 3
CT
Cəfərzadə Tələt

Tərcümə elə uğurludur ki, sanki Puşkinin öz dili ilə yazılıb. Onu da deyim ki, mən bu əsəri rus dilində də oxumuşdum. Hər iki nəşri müqaisə etdim arada böyük fərq görmədim. Bir sözlə kitab uğurlu alınıb. Alın, oxuyun.

ŞƏ
Şəfəqqət
Ruslan sevdiyi Lüdmilanı xilas etmək üçün macəra dolu bir yola çıxır. Qəhrəmanlıq və sevgi ilə dolu klassik bir əsərdir. Sevə-sevə oxudum❤️
IS
Isaq
Puşkinin ilk təcrübə ola­­­­raq yazdığı “Ruslan və Lüdmila” poeması yazarın ilk kitabı olsada. Puşkin qələminin gücü hiss olunur.
5 / 5
5 stars 3 4 stars 0 3 stars 0 2 stars 0 1 star 0 No rating 0
Similar products
4.79 AZN 5.99 AZN
Peyğəmbər
pcs.
3.19 AZN 3.99 AZN
Qasırğa
pcs.
3.19 AZN 3.99 AZN
Əbədiyyət nəğməsi
pcs.
3.19 AZN 3.99 AZN
Dəlinin gündəliyi
pcs.
3.99 AZN 4.99 AZN
Три сестры
pcs.
Frequently bought together
12.72 AZN 15.90 AZN
Gecəyarısı uşaqları
pcs.
7.92 AZN 9.90 AZN
Səmərqənd
pcs.
22.79 AZN 25.30 AZN
Kitab lampası - Really Tiny Book Light Grey
pcs.
22.79 AZN 25.30 AZN
Kitab lampası - The Really Tiny Book Light-lilac
pcs.