Puşkinin poemaları onun yaradıcılığında mühüm yer tutur. Şair hələ lisey illərində böyük həcmli əsərlər yazmağa başlayır. İlk təcrübə olaraq “Ruslan və Lüdmila” poemasını yazıb. Bu poemanı şair 1817-ci ildə başlamış, 1820-ci ildə bitirmişdir. Əsər xalq nağılları əsasında müxtəlif variantlarla məşhur olan “Üç bacı” nağılı və məşhur “Dobrinya Nikitiç” bılinasına çox yaxın idi. Coşqun həyat mübarizəsi eşqi, dostluq, sədaqət, mərdlik kimi gözəl əxlaqi ideyaların təbliği poemanın əsas ideyasını təşkil edirdi. Lakin ən əhəmiyyətlisi budur ki, Puşkin bu poeması ilə həm məzmun, həm də forma cəhətdən o vaxta qədər ədəbiyyatda öz təsirini saxlamış yalançı klassizmə ağır zərbə vurmuş, o vaxta qədər görünməmiş yeni bir poeziya nümunəsi yaratmışdır. “Ruslan və Lüdmila”ya görə mürtəce şübhələrdən Puşkinə hücum edən çox oldu. Lakin əsərin son dərəcə qüvvətli, cazibəli bir üslubda yazılması geniş oxucu kütləsinin sevincinə səbəb olmuşdu. Bu vəziyyət Puşkinin düşmənlərini susmağa məcbur edir. “Ruslan və Lüdmila” o zamanın bütün şairlərinin diqqətini cəlb edir. Şair Jukovski bu poemanı oxuyandan sonra öz şəklini Puşkinə göndərmiş, şəklin arxasında “məğlub edilmiş şairdən qalib çıxmış şairə hədiyyə” sözlərini yazmışdı.
ISBN:
2001248774638
Janr:
Klassika
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Aleksandr Puşkin
Səhifə sayı:
128
Dil:
Azərbaycan
Seriya:
Mini Klassika
Метка:
Ekspress
Məhsul haqqında rəylər 2
Ruslan sevdiyi Lüdmilanı xilas etmək üçün macəra dolu bir yola çıxır. Qəhrəmanlıq və sevgi ilə dolu klassik bir əsərdir. Sevə-sevə oxudum❤️
Puşkinin ilk təcrübə olaraq yazdığı “Ruslan və Lüdmila” poeması yazarın ilk kitabı olsada. Puşkin qələminin gücü hiss olunur.
Bənzər məhsullar
Bununla birlikdə alırlar