Tanınmış yazıçı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın “Sizsiz” əsəri xatirə-romandır. Bu əsəri oxumaqla yazıçını və onun ailəsini yaxından tanımaq mümkündür. Əsərdə atası Rəsul Rza, anası Nigar Rəfibəyli haqqında yazılmış həqiqi hekayələr də yer alıb. Anar bu əsərində sevinc, kədər, xəstəlik, vəfa kimi bəşəri mövzularla mədəni dairələrimizdəki ideal və örnək ailənin cizgilərini müəyyən edib. “Sizsiz” – səmimiyyətlə intellektuallığın vəhdətindən yaranan əsərdir.
şərhlər0
şərhlər