Fransız filosofu və riyaziyyatçısı Rene Dekart tarixdə yüz ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxildir. O, müasir analitik həndəsənin əsasını qoyub. Həndəsəyə koordinat anlayışını tətbiq edib. Bu anlayışın köməyi ilə sahənin üfüqi və şaquli əlaqəsinin ortaq nöqtəsi müəyyənləşib. Dekart
fəlsəfi yenilikləri ilə də bəşər düşüncəsini uzaq üfüqlərə aparıb. Onun “Düşünürəmsə, demək, varam” kəlamını dünyada bilməyən çətin ki tapılsın.
Kitab Dekartın film kimi həyatı və olduqca maraqlı yaradıcılığı haqqında ən vacib məlumatları yığcam şəkildə təqdim edir. Zamana qənaət etməklə daha bir dahini tanımaq şansı verir.