Bu kitabda klassik yunan fəlsəfəsinin ikinci böyük nümayəndəsi Platonun həyatı və yaradıcılığı ilə müfəssəl tanış olmaq imkanı var.
Platon Sokratın şagirdi, Aristotelin müəllimidir. O öz fəlsəfəsində əsas diqqəti varlıqla bağlı
məsələlərə, eləcə də dövlət və cəmiyyət problemlərinə yönəldib.
Platon özündən əvvəlki filosoflardan fərqli
olaraq hər şeyin əsasını hər hansı bir maddədə deyil, ideyada görürdü. O, hesab edirdi ki,
bizim yaşadığımız və duyduğumuz dünya gerçək deyil, çünki dəyişkəndir. Bütün şeylərin əsl
mahiyyəti onların görünüşündə yox, səbəblərində və ideyalarındadır.
Antik dövrdən bəri Platonun adı ilə əlaqələndirilən və əksər hissəsi dialoq formasında yazılan əsərlər külliyyatı uzun müddətdə formalaşıb. Zaman-zaman bu əsərlərə əlavələr də edilmiş, bəziləri isə itirilmişdir.
Platon bəşər tarixinin ən mühüm, nüfuzlu adamlarından, həm də qədim yunan və qərb fəlsəfəsində hakim mövqedə duranlardan biridir.
ISBN:
9789952383775
Janr:
Bioqrafiya
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Pol Stretern
Səhifə sayı:
72
Dil:
Azərbaycan
Seriya:
90 dəqiqə
Метка:
Ekspress
Məhsul haqqında rəylər 4
Fəlsəfə həvəskarı olmasanız belə, bu kitab Platonu və onun düşüncələrini çox sadə və maraqlı şəkildə çatdırır. Fəlsəfəni belə əyləncəli bir şəkildə başa düşmək gözlənilməz idi.
Hər bir əməkdaşınıza təşəkkür edirəm, çox sağ olun. Kitabı da oxuyuram əladır.
gfjjmf
Platonun həyat və yaradıcılığı haqqında yazılmış ən mükəmməl kitabdır.Yorulmadan kitabı oxuyuram.Tərcüməsidə çox yaxşıdı.Səbirsizliklə 90 dəqiqə seriyasına daxil olan digər kitabların satışa çıxmasını gözləyirəm
Bənzər məhsullar
Bununla birlikdə alırlar