Fransada yaşayıb-yaradan Banin Bakı milyonçuları Musa Nağıyevlə Şəmsi Əsədullayevin nəvəsidir. 1923-cü ildə ailəsi ilə birlikdə Fransaya köçmüş və orada yaşayıb-yaratmışdır. Banin fransızca qələmə aldığı “Qafqaz günləri” əsərinin süjet xəttini tərcümeyi-halı ilə bağlı faktlar əsasında qurmuşdur.
Romanda Bakının bir çox zəngin ailələri, onlar arasında olan münasibət, bayram və yas mərasimləri, milli adət-ənənələr, zamanın əhval ruhiyyəsi müəllif tərəfindən dəqiqliklə və ustalıqla qələmə alınmışdır.
Banin babasının vəsiyyətinə əsasən onun və üç bacısının birdən-birə milyonçuya çevrilməsi, lakin onların “milyonçuluğunun” çox çəkməməsi, Azərbaycan qırmızı ordu tərəfindən işğal edildikdən sonra ailəsinin başına gələn faciələr haqda ətraflı yazır.
Bu kitab “Qafqaz günləri”nin tam versiyasıdır.
ISBN:
9789952366792
Janr:
Bioqrafiya
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Bərk
Müəllif:
Banin
Səhifə sayı:
336
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 3
Maraqlı Bioqrafiyaidi. 👍👍👍👍
İlk fransiz dilli Azərbaycanlı yazıçı Banin.XX əsin əvvəllərini,məişət dilində,sadələşdirlimiş tərzdə, etiraflarla dolu olan bir əsərdir. Milyonçularin nəvəsinin olması ilə gətirdiyi rahat həyat tərzi ,Şərqəsilli amma Qərb təhsili alması şəxsiyyətinin formalaşmasinda böyük rol oynayır. Az müddət Azərbaycanda ,ömrünün çox hissəsini Fransada yaşaması ilə bağlı olduğundan düşünürəm ki Qərbin çərçivəsi ilə baxılan,qələmə alınan bir günlükdür.
Mən biləndə ki,Banin iki məşhur neft milyonçumuzun nəvəsidir, mənə çox maraqlı gəldi və bu kitabı oxumaq istədim.Banin həyatını elə təsirli formada qələmə alıb ki,oxuduqca çox heyrətləndim.O dövrdə baş verən hadisələri,adət-ənənələrimizi Qafqaz günləri kitabı sayəsində daha dərindən öyrəndim
Bənzər məhsullar
Bununla birlikdə alırlar