Dünya elminin gəlişməsində və insanlığın idrakında Çarlz Darvinin rolu danılmazdır. Əsərləri indiyədək dilimizə çevrilmədiyindən Azərbaycan oxucusu Darvini istər şəxsiyyət, istərsə də böyük alim kimi yalnız başqalarının təqdimatında tanıyıb; bu da çox vaxt bir sıra yanlış təsəvvürlərin yaranmasına səbəb olub. Təqdim etdiyimiz kitabla oxucular hər şeyi Darvinin öz dilindən eşitmək imkanı əldə edəcəklər. Əsərdə yaşadığı ömrün bütün mərhələlərinə işıq tutan Darvin böyük elmi uğurlara necə imza atdığına da aydınlıq gətirir.
Düşünürük ki, oxunaqlı dillə, böyük təvazökarlıq və dərin səmimiyyətlə yazılan “Avtobioqrafiya” (Özkeçmişim) ilkin qaynaqdan alınan məlumat kimi də çox böyük maraq doğuracaq.
ISBN:
9789952363616
Janr:
Memuar
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Çarlz Darvin
Səhifə sayı:
176
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar
Bununla birlikdə alırlar