Kitab böyük düşüncə adamı, riyaziyyatçı və şair Həkim Xəyyamın bədii-rübai yaradıcılığını incələməkdədir. Orta Çağda azad düşüncələr üzərinə qoyulan qadağalardan dolayı, rübai şeir sənəti fəlsəfi düşüncələri eyhamla bəyan etmək üçün bir metod olaraq istifadə edilmişdir. Şərqdə rübai yazan şairlər çox olsa da, rübai sənəti dünyada Xəyyamın adıyla tanınmaqdadır. Çünki fəlsəfənin yasaqlandığı bir dövrdə Xəyyam öz dünyagörüşünü, fəlsəfi mülahizələrini, həyat haqqında düşüncələrini rübailər çərçivəsində bəyan etmişdir.
Kitabda Xəyyam rübailərinin axtarışı tarixi sənədlərə dayanaraq incələnmiş və fəlsəfi dərinlikləri açıqlanmışdır.
ISBN:
2001283644637
Janr:
Tarix
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Güntay Gəncalp
Səhifə sayı:
288
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 1
Xəyyamın kəlamları məni hər dəfə düşünməyə vadar edir. Onun sözləri çox dərin və mənalıdır. Bu kitab, mənə onun fəlsəfəsini daha yaxşı anlamaq imkanı verdi. Oxumaqdan böyük zövq aldım. Sizlərə də məsləhət görürəm.
Bənzər məhsullar
Bununla birlikdə alırlar