Stalinin ölümündən sonra Sovet İttifaqının növbəti rəhbəri Lavrenti Beriya olmalı idi, lakin Xruşşovun sui-qəsdi nəticəsində o devrildi və qətl edildi.
Tarixi nöqteyi-nəzərdən Beriyanın şəxsiyyəti o vaxtdan müxtəlif cür qiymətləndirilir. Sovet siyasi və ideoloji savaşlarından uzaq Qərb tədqiqatçıları bu məsələyə daha obyektiv yanaşırdılar.
Diqqətinizə çatdırılan bu kitabda aparıcı Qərb sovetoloqları – ingilis professorları D.Hollovey və D.Reyfild və Amerika professoru Q.Ferr – Beriyanın siyasi portretinə və fəaliyyətinin nəticələrinə öz düşündükləri kimi yanaşırlar. Onların tədqiqatları təkçə çoxlu sayda sənədli mənbələrə yox, həm də Lavrenti Beriyanı şəxsən tanıyan insanların xatirələrinə əsaslanır. Başlıca diqqət onun rəhbərliyi altında yaradılmış BAŞDİ – QULAQ imperiyasına yetirilir.
ISBN:
9789952268607
Janr:
Memuar
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Bərk
Müəllif:
D.Hollovey, D.Reyfild, Q.Ferr
Səhifə sayı:
324
Dil:
Azərbaycan
Seriya:
Görkəmli insanların həyatı
Метка:
Ekspress
Məhsul haqqında rəylər 2
Kitab sovet İttifaqının siyasi və sosial quruluşu haqqında çox geniş məlumat verir. Beriyanın şəxsi həyatı ilə siyasi həyatı arasındakı ziddiyyətlər, onun qəddarlığı və bacarığı əsərin ən diqqət çəkən məqamlarındandır. Bu əsəri oxuyarkən yalnız bir şəxs haqqında deyil, bir dövrün bütöv faciəsini hiss edirsiniz. Tarix oxumağı sevənlərə məsləh görürəm.
Maraqlı kitabdır amma diqqətlə oxumaq lazımdır. Çünkü 1 yerin qaçırsanız (diqqətsiz olsanız) kitabı boşuna oxumuş olacaqsınız
Bənzər məhsullar
Bununla birlikdə alırlar