«Köhnə Bakı» kitabı həyatın hər üzünü görmüş, min-min əzab-əziyyətə mərdliklə sinə gərmiş mübariz bir sənətkarın yanar qəlbinin əks-sədasıdır. H.Sarabskinin xatirələri Azərbaycan səhnəsinin tərəqqisi naminə əl-ələ verib çalışan, imkansızlıq ucbatından bir çox arzularına yetə bilməyən, ancaq özlərindən sonra heç vaxt sönməyən bir işıq qoyub getmiş neçə-neçə sənət fədaisi barədə qiymətli, nadir faktlarla zəngindir.
«Köhnə Bakı» adlı bu əsərdə keçmiş Bakının adət-ənənələri, məşğələ və oyunları, «qəhrəmanları», Azərbaycan teatrının o dövrdəki vəziyyəti, ayrı-ayrı sənətkarlar haqqında qiymətli məlumatlar öz əksini tapmışdır.
ISBN:
2000035237967
Janr:
Memuar
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Hüseynqulu Sarabski
Səhifə sayı:
296
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 2
Mənin 75 yaşım var. Uşaqlıq illərim Bakıda keçib. Bu kitab məni uşaqlıq illərimə apardı. O illərin çətinliyinə öz gözlərimlə şahid olmuşam. Çox dəyərli kitabdır. Yeni nəsil oxumalıdır ki, indi sərbəst yaşadıqları Bakının bir zamanlar keçdiyi keşməkeşli tarixindən məlumatları olsun.
Maraqli ve lokal xarakterli tarixi melumatlar qeyd olunub
Bənzər məhsullar
Bununla birlikdə alırlar