Sizin səbətiniz boşdur
Nəşriyyat: 3 Alma
Müəllif: Murad Aksoy
Mövcuddur

Sifarişləri Bakıya, regionlara və dünya ölkələrinə çatdırırıq!
Bakı daxilində 30 AZN-dən yuxarı sifarişlərdə çatdırılma pulsuz.Məbləğindən asılı olmayaraq Azərbaycanın bütün bölgələrinə çatdırılma pulsuz.
ISBN: 9789952311426
Ronaldinyo hələ kiçik yaşlarından iri dişlərinə, təbəssümünə və qabarıq saçlarına görə başqalarından seçilirdi. Üstəlik, bu uşaq bütün bədəni ilə futbol oynayırdı. Dünyanın ən yaxşı futbolçularından sayılan, bir çox mükafatlara layiq görülən, oynadığı komandalara uğur qazandıran bu futbol ulduzunun ən böyük köməkçisi, özü kimi futbolçu olan qardaşı idi. O, hələ çoxdan qardaşının istedadını görmüş və onun tanınması üçün əlindən gələni etmişdi. Hələ kiçik yaşda atalarını itirən qardaşlar sevgiyə, zəfərə və firavanlığa olan ehtiyaclarını futbol sayəsində ödəyə bilmişdilər. Amma futbol təkcə meydançada oynanan oyun deyil. Bunun reklamı var, satışı var. Ona görə də bəziləri "Yaxşı oyunçudur, amma çirkindir" - deyib, qapılarını onun üzünə bağlamışdılar. Tezliklə Ronaldinyo dünya şöhrətinə layiq bir futbolçu olduğunu sübut etdi və milyonlarla azarkeşin sevgisini qazandı. Vaxtilə onu bəyənməyənlər isə bir həqiqəti unutmuşdular: Könül sevən göyçək olar!
Məhsulun kodu: 9789952311426
Janr: Bioqrafiya
Nəşriyyat: 3 Alma
Cild: Yumşaq
Müəllif: Murad Aksoy
Səhifə sayı: 112
dil: Azərbaycan

şərhlər1

Tovsiye ede bilersiz bu kitabi mene men futbol severem
Dükanın cavabı: Bəli, oxumağınızı tövsiyə edirik.
Tıkla – al (Yalnız Bakı daxilində olan sifarişlər ücün)