XX əsrin ən nəhəng maliyyə və siyasət xadimlərindən biri, tanınmış amerikalı bankir, Rockefeller evinin başçısı olan David Rockefeller neft maqnatı, ilk milyonçu – «Standard Oil»in banisi olan Con D.Rockefellerin nəvəsidir.
Rockefeller ilk və nisbətən nüfuzlu qlobalizasiya və neokonservatizm ideoloqlarından biri, məşhur Bilderberq klubunun banisi kimi tanınmışdır. Bilderberq klubunun yığıncaqlarından birində o söyləmişdir: «Dünya müasir zəmanəmizdə dünya hökumətinə tərəf addımlamağa hazırdır. İntellektual elita ilə dünya bankirlərinin fövqəlmilli suverenliyi, şübhəsiz, ötən yüzilliklərdə tətbiq olunan milli özünükəşfdən daha üstün tutulur».
David Rockefeller öz kitabında sözügedən «intellektual elita ilə dünya bankirlərinin suverenliyinin» yaranması, dünyada – Avropada, Asiyada, Afrikada və Latın Amerikasında maliyyə oliqarxiyasının təsirinin genişlənməsi kimi məsələlərdən bəhs edir. Dünya bankirlərinin ta Brejnevin dövründən başlayan Rusiyaya nüfuz etməsinə xüsusi diqqət çəkilir; David Rockefeller Brejnevlə, Kosıginlə və bir sıra sovet liderləri ilə gizli danışıqlarının mətnləri təqdim olunur.
ISBN:
2001185794638
Janr:
Memuar
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
David Rockefeller
Səhifə sayı:
392
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 1
David Rockefeller Brejnevlə, Kosıginlə və s. sovet liderli, bankirlərlə olan gizli məqamları açıb bu kitabında. Mütləq oxuyun sizdə
Bənzər məhsullar
Bununla birlikdə alırlar