Böyük alman filosofu Martin Haydeggeri ötən əsrin ən ziddiyyətli filosofu hesab etmək olar. Çünki onun dövrü kəskin fikir ayrılıqları ilə zəngin idi. Haydeggerin yaratdığı cərəyanın əsas sualı belə formalaşmışdı: “Varlıq nədir?”. Bu suala analiz vasitəsilə cavab vermək mümkün deyildi. Çünki belə suallar məntiq çərçivəsində deyil. Cavab üçün yeni növ fəlsəfə lazımdır.
Haydegger öz həyatının məqsədini məhz bunda görürdü. Kitab Haydeggerin həyat və fəaliyyəti haqqında vacib məlumatları yığcam şəkildə təqdim edir. Qısa zamanda daha bir maraqlı filosofu tanımaq imkanı yaradır.
Məhsulun kodu:9789952386066
Janr:
Bioqrafiya
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Pol Stretern
Səhifə sayı:
80
Dil:
Azərbaycan
Seriya:
90 dəqiqə
Метка:
Ekspress
şərhlər2
Haydeggerin fəlsəfəsini anlamağa çalışanlar üçün yazılıb bu kitab! Kitabda onun əsas ideyaları qısa və anlaşılan şəkildə yazılıb. Fəlsəfəyə marağı olan biri kimi bu kitab yaxşı bir başlanğıc nöqtəsi oldu mənə.
Kitabın ən maraqlı məqamı Haydeggerin fəlsəfi görüşlərinin sadə bir söhbət şəklində izah edilməsidir. Müəllif Haydeggerin düşüncələrini gündəlik həyat hadisələri ilə əlaqələndirərək, fəlsəfi anlayışları daha başa düşülən hala gətirib. Bu, fəlsəfənin gündəlik həyatımızda nə qədər dərin izlər buraxdığını göstərən əla bir epizod idi. Oxumağınız məsləhətdir.
şərhlər2